Bir əllə pulu verib, o biri əllə 18%-ni geri almağın nə mənası var ki?!

7-11-2023, 10:54           
Bir əllə pulu verib, o biri əllə 18%-ni geri almağın nə mənası var ki?!
Bəzi saytlar “Azərbaycan Dəmir Yolları" QSC "İKT təhlükəsizlik məhsulları və lisenziyalarının yenilənməsinin satın alınması", "Müvafiq stansiyaların naqilsiz internet ilə təmin edilməsinin satın alınması", "İKT təhlükəsizlik məhsulları və lisenziyalarının yenilənməsinin satın alınması" və “Microsoft” məhsullarının satın alınması" ilə bağlı tenderlərin nəticəsi ilə bağlı məlumat yayıblar. Əslində, tenderlər bu ölkədə ən “qaranlıq” sahədir, amma ADY-nin belə məlumatları ictimayyətlə bölüşməsi yaxşı tendensiyadır.
Bəzi insanlar bu məlumatları “düz məntiqlə” dəyərləndiriblər və dövlət orqanlarını şəffaf işləməyə təşviq etməkdənsə, təşəbbüsü “cəzalandırmaqla” məşğuldurlar.
Bu tipli tenderlərin və məbləğlərin ən çox müzakirə ediləsi məsələlərdən biri odur ki, satınalmalarda dövlət (şirkət, büdcə - fərq etməz) pul ayırır, amma onun 18%-ni yenidən büdcəyə ƏDV kimi geri alır, nəticədə qiymətlər daha yuxarı olur. Yəni, bir əllə pulu verib, o biri əllə 18%-ni geri almağın nə mənası var ki?!
Ümumilikdə bu tenderdə 360 yeni kompyuter alınacaq, 4200 kompyuterin isə lesenziyalı proqram təminatı yenilənəcək. Bundan başqa kompyuterlərin və proqram təminatının zəmanət xərcləri də var. Bu rəqəmlərdə “düz məntiqlə” məbləğı kompyuter sayına bölmək, ortalama qiymət çıxartmaq doğru deyil, yəni, yanaşma daha qəliz hesablamalara dayanmalıdır. Lesenziyalı məhsulların bahalı olduğunu nəzərə almaq lazımdır, biz öyrəşmişik ki, kompyuter alıb ustanın "fleş-kartında" olan lisenziyasız proqramları 15-20 manat yükləyiriksə, şirkətlər də bunu edə bilər, amma belə olmur.
Dövlət şirkətlərinin tenderlə bağlı o qədər bərbad imici var ki, yenilik gətirmək istəyən, şəffaf işləməyə çalışan, məlumatları bölüşən şirkətlərə də güvən, inam qalmayıb. Ona görə də, dövlət şirkətləri bu imici dəyişmək üçün daha şəffaf, daha açıq olmalıdırlar və əgər ADY-ı ictimayyətlə məlumatlar bölüşürsə, bu daha peşəkarcasına müzakirə edilərək şəffaflığı stimullaşdırmalıdır.
Natig Cəfərli
Teref.ax












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.