Xankədidəki hərbi parad planlaşdırıldığı kimi keçirildi, Rusiya hərbi kontingentinə isə geri dönüşün yolu görsənir.

10-11-2023, 08:44           
Xankədidəki hərbi parad planlaşdırıldığı kimi keçirildi, Rusiya hərbi kontingentinə isə geri dönüşün yolu görsənir.
Xankəndidə nəzərdə tutulan hərbi paraddan bir neçə gün öncə rusiyalı politoloq Stanislav Tarasov erməni mediasına açıqlamasında demişdi ki, paradda guya Rusiya sülhməramlıları da iştirak edəcək.
Stanislav Tarasov erməni separatizmini illərdir təbliğ edən birisidir. Jurnalistlər Tarasovun təxribat xarakterli bu açıqlamasına mənim münasibətimi öyrənirdilər.
Rusiyalı sülhməramlılarla birgə hərbi parad Azərbaycanın milli və təhlükəsizlik maraqlarına zidd olduğundan Tarasovun açıqlamasının təxribat xarakterli olduğuni bir neçə dəfə səsləndirdim.
Hansı məntiqlə rusiyalı sühməramlılarla birgə hərbi parad keçirməliydik? Görünür, bu cür xəbərlərin yayılmasında məqsəd bir tərəfdən "birgə" hərbi paradla bağlı Azərbaycanın nəbzini yoxlamaq idisə, digər tərəfdən sonrakı mərhələdə “Azərbaycan Rusiya ilə birgə hərbi parada razılaşmadı” kimi dezinformasiyalara şərait yaratmaqdır.
Xankədidəki hərbi parad planlaşdırıldığı kimi keçirildi, Rusiya hərbi kontingentinə isə geri dönüşün yolu görsənir.
Elxan Şahinoğlu
Teref: Xocanın Blogu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru