İsrailə beynəlxalq təzyiqlər artıb

12-11-2023, 09:54           
İsrailə beynəlxalq təzyiqlər artıb
Qəzzadakı ən böyük xəstəxana olan Şifa xəstəxanasında sığınan minlərlə fələstinli cümə günü İsrailin xəstəxanın həyəti və doğum şöbəsinə hava hücumundan sonra kompleksi tərk etməyə başlayıb.

Həmasın idarə etdiyi Qəzzada səhiyyə nazirliyinin sözçüsü Əşrəf Əl-Qidra deyib ki, orada on minlərlə insan sığınmışdı.

Reuters agentliyi yerli mənbələrə istinadən yazır ki, xəstəxana kompleksində baş verən hadisələr nəticəsində biri uşaq olmaqla azı iki nəfər ölüb.

İsrail ordusu iddia edir ki, Həmas xəstəxanaların içində və altında gizlənir və Şifanın altında komandanlıq mərkəzi qurub. Həmas radikalları bunu inkar edir və xəstəxanalardakı durumu müşahidə etməsi üçün BMT və Qırmızı Xaç Komitəsini Qəzza zolağına xüsusi missiya yollamasını istəyib.

Dünya Səhiyyə Təşkilatının direktoru Tedros Adhanom Gebreyesus da hadisə ilə bağlı danışıb. Onun sözlərinə görə, hava hücumundan sonra xəstəxanadakı tibb işçiləri təhlükəsizlik səbəbiylə ərazini tərk etmək məcburiyyətində qalıb. DST direktoru xəstəxanada hələ də çox sayda insanın qaldığını bildirir.

Gununsesi.info Avropa mediasına istinadən bildirir ki, bu arada Fransa prezidenti İmmanuel Makron BBC-ye verdiyi müsahibədə İsraildən Qəzza zolağını bombalamağı dayandırmsını istəyib:

“Düşünürəm ki, atəşkəs yeganə həll yoludur. Çünki “Biz günahsız insanları öldürməklə terrora qarşı mübarizə aparmaq istəyirik” fikrini izah etmək mümkün deyil.” – o deyib.

Makron bununla birlikdə İsrailin özünü müdafiə etmək haqqının olduğunu da əlavə edib.

Gununsesi.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.