İran prezidenti ilə bu ölkənin Azərbaycandakı səfirinin bir-birinə zidd açıqlamalar verməsi nədən xəbər verir?

13-11-2023, 07:08           
İran prezidenti ilə bu ölkənin Azərbaycandakı səfirinin bir-birinə zidd açıqlamalar verməsi nədən xəbər verir?
Necə ola bilər ki, İran prezidenti İbrahim Rəisi 9 noyabrda Daşkənddə azərbaycanlı həmkarı İlham Əliyevlə görüş zamanı Azərbaycanın uzun illərdən sonra öz ərazi bütövlüyünün təmini, Qarabağın yenidən Azərbaycana qovuşması münasibətilə dövlət başçımızı təbrik edərkən, bundan bir gün sonra İranın Ermənistandakı səfiri Mehdi Sübhani prezidentinin söylədiklərinin tərsini bildirib? İranın səfiri Azərbaycanın Qarabağda “etnik təmizləmə” həyata keçirdiyinə işarə edərək deyib ki, Qarabağda ermənilərin “legitim” haqlarının bərpası vacibdir. İran səfirinin bu mövzuda danışmağa haqqı yoxdur. Birincisi, ermənilər Azərbaycan qanunları ilə yaşamaq istəmədiklərinə və Azərbaycan vətəndaşlığını qəbul etmədiklərinə görə ərazimizi tərk ediblər. Bu onların seçimidir. İkincisi, Tehran İranda yaşayan hansı etnik qrupun legitim haqlarını təmin edib ki, indi iranlı diplomat bizə bu mövzuda “məsləhət” vermək istəyib?
İran prezidenti ilə bu ölkənin səfirinin bir-birinə zidd açıqlamalar verməsi ondan xəbər verir ki, Tehran Azərbaycanla münasibətlərdə əvvəlkitək səmimi deyil. Bunu Bakı da anlayır. Təsadüfi deyil ki, Azərbaycan Xarici İşlər Nazirliyi iranlı diplomatın təxribatçı fikirlərini pisləyib. Azərbaycan Xarici İşlər Nazirliyi İran rəsmilərinin və diplomatlarının eyni mövzuda fərqli fikirlərinə diqqəti çəkib. İranın Azərbaycanın ərazi bütövlüyünə və Qarabağ üzərindəki suverenliyinin bərpasına dəstəyinin əməldə göstərməsinə ehtiyac var. Əməldə bunu görmürük. Tehrandakı səfirliyimizə terror hücumu ilə bağlı məhkəmədən xəbər gəlmədiyi kimi, tələbəmizi də saxta ittihamla həbsxanada saxlayırlar.
Elxan Şahinoğlu
Teref: Xocanın Blogu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.