"Qaz limiti ya ləğv olunmalı, ya da yuxarı qaldırılmalıldır" - Millət vəkili

13-11-2023, 10:07           
"Qaz limiti ya ləğv olunmalı, ya da yuxarı qaldırılmalıldır" - Millət vəkili
“Azərbaycanda qaz limiti ya ləğv olunmalı, yaxud da müəyyən qədər yuxarı qaldırılmalıdır. Çünki hazırda çox insan qiymətlərin yüksək, limitin isə az olmasında əziyyət çəkirlər. Hökumətin də buna imkanları yetərlidir”.

Bunu Bakupost.az -a millət vəkili Fazil Mustafa deyib.

O qeyd edib ki, qaz limitinin vətəndaşı nə qədər çətinə saldığı hər kəsə məlumdur:

“İnhsanların çoxu mövcud limiti elə yanvar-fevral aylarına qədər bitirir. Xüsusilə gəliri az olan vətəndaşlara bu, ciddi problem yaradır. Həyət evlərində yaşayan insanlar qış gəlməmiş limiti keçirlər. Bu istiqamətdə müəyyən addınların atılması vətəndaşın yükünü yüngülləşdirər”.

Millət vəkilinin dediyinə görə, ən azından kasıb, həssas, yardım alan, ümumiyyətlə, dolanışıq imkanları olmayan və işsiz vətəndaşlar üçün bu məhdudiyyətin aradan qaldırılması yaxşı olardı.

Xatırladaq ki, 2021-ci ilin oktyabrın 16-da Tarif Şurasının iclasında təbii qaz üzrə topdansatış və pərakəndə satış qiymətlərinin tarif tənzimlənməsinə dair qərar qəbul edilib. Qərara əsasən, əhalinin illik istehlakının 1 200 kubmetrədək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırılıb. Əhali üçün 1200-2500 kubmetrədək və 2500 kubmetrədən çox olan sərfiyyat üçün tariflər müvafiq olaraq 20 və 25 qəpik olmaqla əvvəlki həddə saxlanılıb. Qeyri-əhali kateqoriyasından sənaye və kənd təsərrüfatı üzrə qazın tarifləri 20 qəpikdən 22 qəpiyə artırılıb.
Teref: Xocanın Blogu
Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.