MEDİA özünə kollegial nəzarətdən niyə yayınır?..

14-11-2023, 10:33           
MEDİA özünə kollegial nəzarətdən niyə yayınır?..
Azərbaycan mediasına nəzarəti, maliyyələşməni Medianın İnkişafı Agentliyi (MEDİA) adlı qurum həyata keçirir. Amma çox maraqlıdır ki, qurumun fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirməli olan Müşahidə Şurası neçə ildir ki, formalaşa bilmir. Cəmiyyətin gözü qarşısında olan bir qurum niyə kollegial idarəetmənin tətbiqindən yayınır?
Nəzərə almaq lazımdır ki, Müşahidə Şurasının təşkili “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 yanvar tarixli 1249 nömrəli Fərmanında öz əksini tapıb.
Yəni 4 nəfər layiqli jurnalisti (adamı) tapıb Müşahidə Şurasına seçmək bu qədər çətindir? Prezidentin imzaladığı Fərmanın niyə icra edilmədiyi ilə bağlı qurum tərəfindən heç bir məlumatın verilməməsi isə daha maraqlıdır. Yəqin buna görədir ki, MEDİA maliyyə ayırdığı KİV-lərə “yolaverdi” səviyyəsində nəzarət həyata keçirir…
Məhəmmədəli Qəribli,
AZİNFORUM.AZ
Teref: Xocanın Blogu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.