“Müharibə Rusiya üçün fiasko olmalıdır” - Fransa və İngiltərədən birgə bəyanat

19-12-2023, 18:51           
“Müharibə Rusiya üçün fiasko olmalıdır” -
"Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi Putinin məğlubiyyəti ilə başa çatmalıdır".
Bakupost.az "Associated Press"ə istinadən bildiri ki, bu bəyanat ABŞ-dan Ukraynaya yardımın davam etdirilməsi ilə bağlı problemlər fonunda Britaniya və Fransa rəsmiləri tərəfindən verilib.
Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron və onun fransalı həmkarı Ketrin Kolonna təkid edirlər ki, Ukraynanın əsas tərəfdaşı olan ABŞ-dan davamlı hərbi yardımdan imtina etməklə Rusiyanın təcavüzünə rəvac vermək olmaz.
Parisdə Kolonna ilə danışıqlardan sonra açıqlama verəb Kemeron deyib ki, Ukraynanın Qərb tərəfdaşlarının iqtisadiyyatları “Rusiya iqtisadiyyatını 25 və ya daha çox üstələyir”.
"Biz elə etməliyik ki, bu iqtisadi güc və bu öhdəliklər öz bəhrəsini versin. Əgər bacarsaq, mən şübhə etmirəm ki, biz əmin ola bilərik, Putin uduzacaq və onun uduzmasıvacibdir", - Böyük Britaniyanın xarici işlər naziri deyib.
Nə Kemeron, nə də Kolonna jurnalistlərə açıqlamalarında Ukraynaya yeni yardımın anonsunu etməyiblər. Onlar bu yöndə suallara cavab verməyiblər.
“Əvvəldən bizim ölkələrimiz Rusiyanın təcavüzünün uğursuzluqla nəticələnməsini təmin etmək üçün çiyin-çiyinə, birlikdə çalışıb", - Kolonna deyib.
Kemeron deyib ki, Britaniya və Fransanın Ukraynaya dəstəyi “nə qədər lazımdırsa, o qədər davam edəcək". Müharibəni “müxtəlif aktlardan ibarət pyesə” bənzədən Kemeron Ukraynanın müttəfiqlərinin onun (müharibənin-red.) növbəti mərhələsini müəyyənləşdirməli olduğunu deyib.
"Birinci akt Rusiyanın öz məqsədlərinə çatmaq istərkən, heyrətləndirici uğursuzluğu idi. İkinci akt 2022-ci ilin yayında Ukraynanın əks-hücum əməliyyatı idi, ukraynalılar parlaq qələb göstərdi, itirilmiş ərazilərin yarısını geri qaytardılar. Üçüncü pərdə quruda daha çətin idi.Lakin dördüncü pərdə hələ yazılmayıb və biz Qərb dünyasındakı dostlarımız və tərəfdaşlarımızla bunu düzgün yazacağımıza əmin olmalıyıq”, - Kemeron bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.