MilliNet-in yekunu ilə bağlı düşündürücü məqamlar

20-12-2023, 08:45           
MilliNet-in yekunu ilə bağlı düşündürücü məqamlar
Bu il MilliNet-də qeyri-adi bir vəziyyət yaranıb.
Qalib gələn və fərqlənən resursların xeyli hissəsi dövlət resurslarıdır. Yəni baxmayaraq ki, MilliNet-də “İlin rəqəmsal hökumət həlli” nominasiyası var və bu nominasiyanın da qalibi dövlət resursudur, amma digər nominasiyalarda da dövlət qurumları resurslarını qediyyatdan keçiriblər və bir çoxunda da üstünlük qazanıblar.
Məsələn, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən hazırlanan və müsabiqəyə təqdim edilən 6 resursdan 4-ü bir neçə mükafata layiq görülüb.
Əlbəttə, burada MilliNet Qaydalarına zidd bir hal yoxdur, dövlət qurumu ciddi və faydalı resurslar hazırlayıb, qiymətləndirmə də ədalətli olub və resurslar da qalib gəlib.
Lakin burada bzim üçün düşündürücü məqam odur ki, dövlətə məxsus olan və qalib gələn resursların sayı hədsiz artıb.
Fikrimcə bu cür hallar gələcəkdə daha da çoxalarsa MilliNet-də rəqabətli mühit üçün problemlər yarana bilər.
Düşünürəm ki, biz ekspertlərin, münsiflərin iştirakı ilə bu məsələni müzakirə edib növbəti mərhələlər üçün Qaydaları təkmilləşdirməyimiz faydalı olardı.
Yeri gəlmişkən, Sosial Xidmətlər Agentliyinin resursları həqiqətən də çox faydalı resurslardı.
Agentliyin “Unudulmazlar” və “DanışanKitab” layihələri “İlin informasiya resursu” və "İlin rəqəmsal mədəniyyət və turizm həlli" nominasiyalarında Qalib gələrək Milli İnternet Mükafatlarını qazanıblar.
Bu qurumun “ÖvladınıTanı” mobil tətbiqi “İlin rəqəmsal sosial resursu” nominasiyasında 3-cü yerə , “Surdotv” mobil tətbiqi isə "İlin rəqəmsal mədəniyyət və turizm həlli" nominasiyasında 2-ci yerlərə layiq görülüblər.
Osman Gunduz
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.