Ümumi kapitalın formalaşması (ÜDM-in %-i) - Azərbaycan

25-12-2023, 12:19           
Ümumi kapitalın formalaşması (ÜDM-in %-i) - Azərbaycan
Hər bir ölkədə iqtisadi inkişafın və artımın əsasını investisiyalar təşkil edir. Təəssüflər olsun ki, olduqca zəngin resurslara malik olmasına baxmayaraq Azərbaycanda ümumi investisiyaların ümumi daxili məhsulda payı, xüsusilə, 2014-cü il regional böhrandan sonra sürətlə azalır (2022-ci il 12,7%), dünya ölkələri üzrə mənə məlum olan ölkələr üzrə ən aşağı gösəricidi, hətta Əfqanıstandan da aşağıdır. Bütün iqtisadi tədbirlər, iqtisadi inkişaf əsasən investisiyalar hesabına əldə edilir. Bu göstərici Çində 40%-dən aşaöı düşməyib. Qonşu Qafqaz ölkələrində iki dəfə Azərbaycandan çoxdur. Amma investisiyalara yönəldiləcək resursların nisbi həçminə görə Azərbaycan dünya ölkələri içərisində ilk onluğa düşür. Potensial imkanın yalnız 10%-i istifadə olunur. İnvestisiyaların artımı yani işçi yerlərinin aşılması, işsizliyin aradan qaldırılması, yeni vergi obyektlərinin və vergi məbləğinin artıraılması, bir sözlə hər şey deməkdir. Özəl sektorda vəziyyət daha acınacaqlıdır, iş adamlarının resursları əsasən tükənmiş vəziyyətdədir, kredit faizləri çox yüksəkdir, neft-qazdan qazanılan vəsaitlər xarici valyuta ehtiyyatlarının artımına yönəldilir (2022-ci ildə təqribən 17 milyard manat). 2023-cü ilin 11 ayı ərzində qeyri-neft sənayesinə yönəldilən investisiyaların həcmi 30%-ə yaxın azaldılmışdır. Qeyri-neft sektorunu investisiyasız necə inkişaf etdirmək olar?
Saleh Məmmədov. professor
Teref. Xocanın Blogu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.