Ermənistana Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması lazımdır

12-01-2024, 12:08           
Ermənistana Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması lazımdır
Prezident İlham Əliyevin dünənki geniş müsahibəsi Ermənistanda da geniş müzakirə edilir, Azərbaycan dövlət başçısının mesajlarının mahiyyətini anlamağa çalışırlar. Ermənistanın radikal müxalifəti ilə hər şey aydındır, Azərbaycanla sülhü məğlubiyyətin rəsmiləşdirilməsi kimi qiymətləndirir, taqətdən düşən erməni cəmiyyətini hədəfləri özləri üçün də təhlükəli olan “mübarizəyə” səsləyirlər. Radikallardan fərqli olaraq Ermənistanın hakim partiyasının üzvləri, o cümlədən deputatları İlham Əliyevin vasitəçilər olmadan birbaşa danışıqların davamı təklifinə müsbət yanaşıblar. Halbuki, Ermənistanın hakim partiyasının üzvləri və elə baş nazir Nikol Paşinyanın özü təminatçı dövlətlərin vacibliyindən danışırdılar. Onlar eyni zamanda vasitəçilərlə bağlı gərəksiz inadkarlğın gecikməyə səbəb olacağını da anlamağa başlayıblar. Deməli, Paşinyan və onun komandası sülh sazişinin imzalanması naminə İlham Əliyevin “təminatçılara ehtiyac yoxdur” tezisini qəbul edə bilər. İlham Əliyevin ritorikasından anlayıblar ki, sülh sazişinin imzalanmasını gecikdirmək olmaz, Ermənistana Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması lazımdır.
Elxan Şahinoğlu
Teref: Xocanın Blogu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru