Dövlət Neft Fondu hansı texnoloji şirkətlərə investisiya edib və bu şirkətlər hara yatırım edirlər ?

25-01-2024, 15:44           
Dövlət Neft Fondu hansı texnoloji şirkətlərə investisiya edib və bu şirkətlər hara yatırım edirlər ?
Ötən il Fond 1.6 milyad dollar vəsaiti beynəlxalq texnologiya şirkətlərinə yatırıb.
Bu Dövlət Fondu ən çox aşağıdakı 5 şirkətin səhmlərini alıb :
- “Apple” 496 milyon ABŞ dolları,
- “Microsoft” 438 milyon ABŞ dolları,
- “Alfabet” “Google” 258 milyon ABŞ dolları,
- “Amazon” 233 milyon ABŞ dolları,
- “NVIDIA” 202 milyon ABŞ dolları,
Əlbəttə, Dövlət Neft Fondunun bu cür qlobal texnoloji şirkətlərə investisiya yatırması doğru və məntiqli bir addımdır.
Amma burada xırda bir diqqətçəkən məqam var
Maraqlıdır ki, bu siyahıdakı şirkətlərin bir çoxunun son dövrlərdə daha çox Ermənistanda aktivliyi müşahidə olunur.
Ötən il NVİDİA, Amazon Ermənistanda oturuşublar. Microsoft Azərbaycanda və bir çox regionlarda ofislərini bağlasalar da Ermənistandan çıxmaq fikirləri yoxdur.
Gərəkdir ki biz səhmlərini aldığımız şirkətləri həm də ölkəmizə dəvət edək, burada ofislərinin, nümayəndəliklərinin açılmasına yardım edək.
Bunun üçün də onlara münbit şərait yaratmaq lazımdır.
Ümid edirəm qərar qəbul edənlərimiz də bunların fərqindədir
Osman Gunduz
TEREF: Xocanın Blogu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.