Paşinyan elə bir etiraf etdi ki..., - Mirzoyan TƏSDİQLƏDİ: Sülh müqaviləsi bu tarixdə İMZALANACAQ

19-03-2024, 07:24           
Paşinyan elə bir etiraf etdi ki..., - Mirzoyan TƏSDİQLƏDİ: Sülh müqaviləsi bu tarixdə İMZALANACAQ
Ötən gün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistan hökumətinin ölkənin beynəlxalq aləmdə tanınmış ərazisinə daxil olmayan sərhədyanı əraziləri Azərbaycana təhvil vermək planlarını təkzib etməyib. Bundan əvvəl baş nazir Nikol Paşinyan Azərbaycanın tələb etdiyi dörd kəndin Ermənistanın de jure ərazisinə daxil olmadığını etiraf etmişdi.

Paşinyan ötən həftənin əvvəllərində bildirmişdi ki, İrəvan Bakının tələb etdiyi Bağanis Ayrım, Xeyrimli, Aşağı Əskipara və Qızılhacılı kəndlərini Azərbaycana qaytarmağa hazırdır. O, bildirmişdi ki, bu kəndlər Ermənistan silahlı qüvvələri tərəfindən 1991-1992-ci illərdə işğal olunub.

Referans.az xatrıladır ki, martın 15-də Ermənistan Milli Məclisində keçirilən iclasda bir sıra müxalifət deputatları Ararat Mirozyana təzyiq göstərməyə çalışıblar, lakin o baş nazirin dediklərini təsdiqləməklə kifayətlənib. Mirzoyan da Paşinyan kimi Azərbaycanın azad etdiyi 200 kvadrat kilometrlik ərazidən çəkilməyə hazır olub-olmadığına dair heç nə deməyib.

Mirzoyan bildirib ki, iki ölkə tərəfindən bir-birinin ərazi bütövlüyünün tanınması 1991-ci il Almatı Bəyannaməsinə əsaslanmalıdır. Bu isə başqa sözlər, keçmiş sovet respublikaları arasında mövcud olmuş sərhədlərin tanınması deməkdir.

Məsələ ilə bağlı danışan Milli Məclisin insan hüquqları komitəsinin sədri Zahid Oruc Referans.az-a deyib ki, Azərbaycan işğal altında olan bütün ərazilərini mərhələli şəkildə, bir-bir azad edir:

“Kəndlər məsələsinin xüsusən də sentyabr ayında keçirilən antiterror əməliyyatlarından sonra Azərbaycanın diplomatik, siyasi gündəliyində birinci yerə çıxdığı inkar edilməzdir. Bu məsələdə yaxın 3-4 ilin xronikasını xatırlamaq lazımdır. 44 günlük savaş bizə işğal altında olan torpaqlarımızın 90 faizini qaytardı. Lakin Xankəndi, Xocavənd və digər bir sıra kəndlər qalmışdı. 10 noyabr tarixində Zəngilanın 30-dan artıq kəndi işğal altında idi, onlar azad edilməmişdi. Dövlət başçısının dəmir iradəsi və bizim ordumuzun sistemli tədbirlərinin nəticəsində həmin torpaqlar tam azadlığına qovuşdu. Ardınca “Sarıbaba”, “Qırx qız” dağı azad olundu və daha sonra 2021-ci ildə Fərrux əməliyyatı həyata keçirildi. Daha sonra aprelin 23-də Laçın sərhədində məlum Nəzarət Buraxılış Məntəqəsi quruldu, biz isə ona heç sovet dövründə də olmayıb deyə bir növ məbəd, sərhəd və ya müstəqillik divarı kimi baxırıq. Çünki tarix boyu orada heç bir normal bir sərhəd sistemi olmayıb”.

Deputat qeyd edib ki, bir-birinin ardınca gedilən bu xətt ölkə rəhbərinin hər bir msəsələni öz zamanında həll etmək kimi bir iradə, bir kurs yürütdüyünü ortaya qoyur. Onun sözlərinə görə, ermənilər Qara göl əməliyyatı nəticəsində 150 kvadrat km-ə yaxın ərazinin guya bizim tərəfimizdən işğal olunduğunu sübut etmək istəyirlər, Fransa Senatında və Avropa Pralamentində bu məsələni tanıtdırırlar: “Sovet dövründən anklav kimi Gədəbəy ərazisində olan Başkəndin və başqa ərazilərin bizim nəzarətimizdə olduğunu söyləyirlər. Buna görə də 31 kənd mövzusu gündəliyə atılıb. Yəni demək istəyirlər ki, əgər biz nəyisə qaytarırıqsa, siz də bizə onun qarşılığında nə isə verməlisiniz, lakin Azərbaycan bir qarış belə torpağından keçməyə razı deyil. Onlar guya sübut etmək istəyirlər ki, SOVET dövründə 29,8-in içərisində olan bəzi yerlər bunların nəzarətində olub”.

Zahid Oruc əlavə edib ki, ermənilərin digər bir iddiası budur ki, guya biz Zəngilan ərazisindən Ermənistan torpaqlarına doğru dəhliz boyunca daxil olmuşuq. Yəni indi biz 42 km-lik Naxçıvanla quru əlaqəmiz ki var, onlar bəyan edirlər ki, guya biz bunun hardasa 12-13 kilo metrlik ərzisinə nəzarət edirik. Onlar bildirir ki, biz bu əraziləri qaytarsaq, o zaman bunlar sülh müqaviləsinə gedə bilərlər. Bir kvadrat metr yer də Azərbaycan üçün müqəddəs məna daşıyır, bu bizim üçün önəmlidir, ondan vaz keçilməyəcək.

Zahid Oruc onu da qeyd edib ki, delimitasi və demarkasiya prosesi başa çatmasa belə sülh müqaviləsinin imzalanması baş verəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.