Siyavuş müəllim bu bəyanatı ilə hökuməti, dövləti ciddi hədəfə alıb, hüquq-mühafizə orqanlarına inanmadığını, onlara güvənmədiyini göstərir.

26-03-2024, 08:18           
Siyavuş müəllim bu bəyanatı ilə hökuməti, dövləti ciddi hədəfə alıb, hüquq-mühafizə orqanlarına inanmadığını, onlara güvənmədiyini göstərir.
Siyavuş Novruzov, sitat: "Quru sərhədlərin açılmasını ciddi cəhdlə ortaya atan insanların, yaxud buna çağırış edənlərin bu və ya digər şəkildə narkoticarətlə bağlılıqları ola bilər. Ciddi şəkildə araşdırsaq, görərik ki, mənbəyi buna gedib çıxır. Həmin adamlar arasında siyasət, mətbuat nümayəndələri, ayrı-ayrı partiya rəhbərləri də ola bilər ki, onların vasitəsilə maliyyələşirlər”.
Siyavuş müəllim bu bəyanatı ilə hökuməti, dövləti ciddi hədəfə alıb, hüquq-mühafizə orqanlarına inanmadığını, onlara güvənmədiyini göstərir. Hökumətə qarşı belə ciddi tənqidi mövqeyi təəccüb doğurur, yəqin ki, mandatı şübhə altına düşəcək. Adam demək istəyir ki, ölkədə quru sərhədlər açıq olanda narkotacirlər at oynadırmış, onların qarşısını kimsə kəsə bilmirmiş, hamı əlində 2-3 kilo narkotik sərhədi sağa-sola keçirmiş, buna da əlaqədar orqanlar göz yumurmuş – və, dövlət-hökumət orqanlarına güvən, onlara inam olmadığına görə dibindən bağlayıblar. Müəllimin dediyindən belə çıxır ki, əlaqədar orqanlar narkotik satıb qəzet-sayt buraxanlara, partiya saxlayanlara göz yumublar, onlara mane olmayıblar...
P.S. Nə bilim ala, bu insanın “məntqinə” qalsa, saça bit düşəndə başı dibindən kəsmək lazımdır...
Natig Jafarli
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru