Kritik qurumların siyahısı indiyədək təsdiqlənməyib
4-04-2024, 12:54
Prezidentin imzaladığı sənədlərə görə kritik informasiya infrastrukturuna daxil olan qurumların siyahıları gərək çoxdan təsdiqlənəydi.
Lakin indiyədək bu reallaşmayıb.
Bilmirəm, bəlkə də hökumət, DTX və XRİTDX gözləyir ki, nəsə qeyri-adi bir kiber hadisə baş verəcək və hansısa dövlət qurumunun bütün datası xarici qurumlar tərəfindən ələ keçiriləcək, bundan sonra məsələ yenidən gündəmə gələcək.
Düşünürəm ki, təhlükəsizliklə bağlı olan bu tip məsələlərə belə sayğısızlıq doğru yanaşma deyil.
Xatırlayıram ki, bəzi dövlət və özəl qurumların kritik sektora aidiyyatı olması ilə bağlı DTX sorğularını ləngitməsi bir müddət öncə müzakirə mövzusu da olmuşdu.
Görünür ki, hələ də bəzi qurumlar var ki, bu məsələnin əhəmiyyətini dərk etməyiblər.
Müasir dövrdə milli təhlükəsizliyin əsas tərkib hissəsi olunan kibertəhlükəsizliyə belə laqeyd münasibətin cavabı ağır olur.
Ümid edirəm hökumət tezliklə DTX və XRİTDX təklifləri əsasında kritik qurumların siyahısını müəyyən edə biləcək.
Osman Gunduz
TEREF