Vaşinqton və Brüssel Ermənistanı Rusiyanın iqtisadi asılılığından qurtarmaq istəyirsə...

4-04-2024, 10:44           
Vaşinqton və Brüssel Ermənistanı Rusiyanın iqtisadi asılılığından qurtarmaq istəyirsə...
ABŞ dövlət katibi Entoni Blinken prezident İlham Əliyevlə telefon söhbətində dövlət başçısını inandırmağa çalışıb ki, aprelin 5-də Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyanla görüş Azərbaycan əleyhinə deyil. Blinken görüşün əsas mahiyyətinin Ermənistanın iqtisadi inkişafı məsələlərinin təşkil edəcəyini bildirib. Əgər Blinkenin söylədiyi kimidirsə, yəni mövzu təhlükəsizlik təminatı deyil iqtisadi dəstək olacaqsa, bu halda Vaşinqton Brüssellə birgə Ermənistanı Rusiyanın iqtisadi asılığından qurtarmaq istəyir. Paşinyanın da tələbi elə budur ki, Ermənistanın Rusiyadan ipləri qoparması üçün Vaşinqton və Brüssel İrəvana maliyyə dəstəyi verməlidir. Ancaq bunun reallaşması mexanimzi necə olacaq? Ermənistana bir neçə milyard dollar və ya avro ayıra bilərlər. Ancaq bu Ermənistanın iqtisadi problemlərinin həlli demək olmayacaq. Rusiya Ermənistana qaz nəqlini kəsərsə, ABŞ və Avropa İttifaqı bu problemi necə həll edəcək? Və ya Avropa öz bazarlarını Ermənistanın kənd təsərrüfatı məhsullarına açmağa hazırdırmı? Çətin. Ermənistan məhsullarının əsas hissəsi Rusiya bazarlarında satılır. Vaşinqton və Brüssel Ermənistanı Rusiyanın iqtisadi asılılığından qurtarmaq istəyirlərsə Paşinyana Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmağa çağırmalıdır. Digər alternativlər Ermənistanı xilas etməyəcək.
Elxan Şahinoğlu
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.