Müharibə riski artır: Bölgə addım-addım eskalasiyaya sürüklənir – Kritik gəlişmə

11-04-2024, 17:04           
Müharibə riski artır: Bölgə addım-addım eskalasiyaya sürüklənir – Kritik gəlişmə
Brüssel görüşündən (5 aprel Avropa İttifaqı-Ermənistan və ABŞ görüşü) sonra Ermənistan Azərbaycanla şərti sərhəddə təxribatlara əl atır. Bunun fonunda erməni tərəfi Azərbaycanın sülh təklifinə 8-ci redaktədə cavab verdiklərini açıqladı. İkitərəfli yazışmaların detalları bəlli olmasa da prosesin nəticəsi ilə bağlı gözləntilər var.

Bunu Teleqraf.com-a Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə deyib.

“Çox güman ki, Ermənistanla sülh müstəvisində aparılan danışıqlar və qarşılıqlı yazışmalar nəticəsiz qalacaq. Ermənistan sülhü manipuliyasiya edir, oyun oynayır. Bu kimi danışıqlar və yazışmalarla sülh prosesinə cəhd etdiklərini göstərməyə çalışır”, - deyə o qeyd edib.

Millət vəkili hesab edir ki, Ermənistan beynəlxalq ictimaiyyəti aldatmaq üçün müxtəlif üsullara əl atır:

“Görüşlər, müzakirələr keçirilsə də, sülh istiqamətində real addım atılmır. Bu müstəvidə öhdəliklər icra olunmur. Əksinə erməni diasporu siyasi hakimiyyətlərə təsir edir. Belə olan halda beynəlxalq səviyyədə sülhün dayandırılması üçün fərqli müdaxilə üsullarından istifadə olunur”.

Asim Mollazadəyə görə, sülh yoxdursa, bunun alternativi hərbi qarşıdurmadır:

“Eskalasiya riski var. Ermənistanın müttəfiqləri, diasporu beynəlxalq terror şəbəkəsinin tərkib hissəsidir. Onlar sülhün olmasında maraqlı deyil. Diaspordan toplanan maliyyəni qondarma soyqırımı çağırışları ilə artırmaq niyyətləri var. Xaricdə olan aqressiv erməni diasporu regionda yaşayan erməniləri girova çevirib. Bölgədə stabilliyin olması onlara sərf etmir. Çünki bu, maliyyə toplamaq kimi əsas niyyətə maneə olur”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.