Anar Məmmədov ofisini satışa çıxardı-MƏMMƏDOVLAR ƏMLAKINDAN İMTİNA EDİR

22-01-2017, 09:19           

Bir zamanlar Azərbaycanın ən qüdrətli nazirlərindən biri olan ancaq fəaliyyətində yol verdiyi bir sıra nöqsanlara görə “qara siyahı”ya düşən nəqliyyat naziri Ziya Məmmədovun vəziyyəti ürəkaçan deyil.
Bu barədə Gununsesi.info-ya məlumatlı mənbədən bildirilib. Xəbərə görə, nazir kimi səlahiyyətləri əlindən alınan Ziya Məmmədovun bəxti son zamanlar biznesdə də gətirmir.
Belə ki, nazirin oğlu Anar Məmmədovun rəhbərlik etdiyi “Qarant” Holding iflas dövrünü yaşamaqdadır. Artıq “Qarant” Holding öz mülklərini satışıa çıxarıb. “Qarant” Holding bir müddət öncə “Bakı” futbol klubunun rəhbəri Hafiz Məmmədovla şəriklikdən ayrılan zaman və xüsusən də “Bank of Azerbaijan” məsələsinə son verərkən, külli miqdarda borca girib. Buna da səbəb isə bankın müşətrilərin depozitlərini qaytarmaqla bağlı olub. Borc “Qarant” Holdqinin zəmanəti ilə götürülüb və sonradan həmən borcu qaytarmaqda problemlər yaranıb. Nəticədə Holdinq Rəşid Behbudov küçəsindəki baş ofisini satışı çıxarmalı olub. O holdinqin baş ofisini 60 milyon dollara dəyərləndirsə də, borc sahibi ofisi 25 milyonla razılaşaraq almalı olub.
Onu da qeyd edək ki, Anar Məmmədovun belə bir vəziyyətə düşməsinə səbəb təkcə “Bank of Azerbaijan” məsələsi deyil, ortada digər amilləri də var. Artıq onun başı üzərində “qara bulud”lar dolaşmaqdadır. Borcunu qapada bilməyən Anar Məmmədov digər obyektlərini də satışıa çıxarıb. Bunlar sırasında Quba rayonunda şirkətə məxsus “Rixos” oteli də var. Borc sahibi binanı tam bəyənməsə də, aşağı qiymətə almağa razılıq verib.
Bundan əlavə olaraq, holdinqin Goranboy rayonunun Goran ərazisisndə inşaat materilları zavodu, Bərdə və Yevlaxdakı obyektlərini ucuz qiymətə satışa çıxarmalı olub.
Əldə etdiyimiz son məıumata görə, H.Əliyev prospektində tikilen Trump otel də satışa çıxarılıb. Məhz ona görə də onun adı bu yaxınları da dəqişdirilib və “Trump”ın adı hotelin üzərindən götürülüb.
Qeyd edək ki, Anar Məmmədovun Amerika prezidenti seçilən Donald Trampla işbirliyinin olması Məmmədovların yenidən dirçələcəyinə dair müəyyən ümidlər yaratmışdı. Amma ABŞ-ın yeni liderinin Azərbaycanla biznesinə son verməsi bu umidləri qırdı. Oğul Məmmədovun Trampın inaqurasiyasına qatılmaması də Ziya Məmmədov üçün ABŞ-dan gələcək hər hansı bir dəstəyin imkansız olduğunu ortaya çıxardı.
Baxmayaraq ki, bəzi “kuluarlar”da Ziya Məmmədovu “Tram” deyə adlandıranlar da var idi…












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.