Nazim İbrahimovun idarəsində biabırçılıq - Erməni qızla evlənən diaspora rəhbərinin dəbdəbəli villası – FOTOLAR

23-01-2017, 21:18           
Nazim İbrahimovun idarəsində biabırçılıq - Erməni qızla evlənən diaspora rəhbərinin dəbdəbəli villası – FOTOLAR
Erməni qızı ilə ailə quran İsveç Azərbaycanlıları Federasiyasının rəhbəri Səttar Seviginin bu ölkədəki bahalı villası üzə çıxıb.

İsveç Azərbaycanlıları Federasiyasından əldə edilən məlumata görə, villa 10 milyon avro qiymətində dəyərləndirilir.

Hazırda sözügedən villada əslən Cənubi Azərbaycandan olan keçmiş həyat yoldaşı Əfsanə Sevigin yaşayır.

Geniş həyətyanı sahəsi olan sözügedən villa Avropanın ən bahalı regionlarından birində yerləşir.

Onu da bildirək ki, Səttar Sevigin bu villanı Əfsanə Sevigindən boşanandan sonra İsveç bankına 5 milyon avroya girov qoyub. Hazırda bu ödəniş Əfsanə Sevigin tərəfindən ödənilir.

Məsələni dəqiqləşdirmək üçün Əfsanə Seviginlə əlaqə saxladıq. O, publika.az-a qısa açıqlamasında faktı təsdiqləyərək, dedi ki, Səttar Sevigin erməni əsilli xanımla ailə həyatı qurub.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru