Diaspora rəhbərinin "erməni qızı" deyilən xanımı: "Bu böhtandır, mən təmiz türk qızıyam" - AUDİO - FOTOLAR

25-01-2017, 00:00           

Səttar Seviginin keçmiş həyat yoldaşı Əfsanə Seviginin “erməni” adlandırdığı Cəmilə Qaravəlli barəsində yayılan ittihamlara cavab verib.
Cəmilə Qaravəlli Publika.az-a açıqlamasında yayılan xəbərləri təkzib edib:
“Mənim erməni olmağımla bağlı ittihamlar tamamilə yalan və cəfəngiyatdır. Mən təmiz türk qızıyam, əslim-köküm azərbaycanlıdır. Bu barədə sizə kim məlumat veribsə, tamamilə yalandır. Səttar Sevigin keçmiş həyat yoldaşından da uzun illərdir ki, ayrılıb”.
Xatırladaq ki, Cəmilə Qaravəllinin “erməni qızı” olması barədə məlumatları Publika.az-a Səttar Seviginin keçmiş həyat yoldaşı Əfsanə Sevigin bildirib. Həmin məlumatlarla bağlı Əfsanə Seviginin səs yazısını təqdim edirik.

Record and upload voice >>
Onu da bildirək ki, hələ sözügedən xəbəri yaymamışdan bir neçə gün öncə İsveç Azərbaycanlıları Federasiyasının rəhbəri Səttar Seviginlə əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz heç bir nəticə verməyib. Hətta, bu məsələ ilə əlaqədar Diasporla İş üzrə Dövlət Komitəsi də suallarımızı cavabsız qoyub.

Record and upload voice >>


















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru