“Generalların bolluğu diktatura təəssüratı yaradır”
30-01-2017, 00:38
Çinin 1 milyard 400 milyona yaxın əhalisi var, Azərbaycanın isə, təxminən, 10 milyon. Çinin ordusu da özü kimi nəhəngdir. Rəsmi statistikaya görə, bu ölkənin əsgərlərinin sayı 2 milyon 285 min nəfərdir. Azərbaycanın əsgər sayı da özünə müvafiqdir-67 min. Yəni əsgər sayına görə Çindən 34 dəfə geri qalırıq. Amma nəzərə alsaq ki, biz onlardan 140 dəfə balacayıq, onda 34 dəfə kiçiklik müqayisədə xeyli böyük görünür. Belə çıxır ki, xalqımız çinlilərdən, 4 dəfə daha hərbçi toplumdur.
Maraqlıdır ki, nisbətdəki bu böyüklük başqa sahələrdə də özünü göstərir. Məsələn, generalların sayında. 2 milyon 285 minlik Çin ordusunun cəmi 191 generalı var. Bizim generallarımızın sayı da getdikcə onlara yaxınlaşır-150 general. Bəs, bu qədər general potensialı bizə nə verib? Nəzərə alsaq ki, torpağımızın 20%-i bizdən dəfələrlə az olan ermənilərin işğalındadır, onda uzun-uzadı şərhə ehtiyac qalmır.
Moderator.az-a göndərdiyi yazısında iqtisadçı ekspert Elçin Qurbanov da generallarımızın sayının hərbi potensialımızın xeyli üzərində olduğunu vurğulayır:
“Mən hesab edirəm ki, bu qədər generala ehtiyac yoxdur. Əgər mündir nizam intizam rəmzidirsə, bəzi hallara rütbə nişanları yersiz fərqlənmə təcəssümü təsiri bağışlayır. Məsələn, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Sanitariya gigiyena və epidmiologiya idarələrinin, şəhər və regional baytarlıq idarələrinin, Vergilər Nazirliyinin struktur vahidlərinin, Gömrük Komitəsinin sərhəd əraziləri istisna edilməklə digər başqa rütbə nişanları daşıyan təşkilatların, hesab edirəm ki, xüsusi rütbə nişanlarla təmin edilməsi yersiz və mənasızdır.
İnkişaf etmiş bir çox ölkələrdə xüsusi tədbirlərdə məhdud sayda heyət üçün nəzərdə tutulmuş geyimlərdən başqa heç bir təşkilat xüsusi rütbə nişanları ilə bəzədilmiş geyimlərdən istifadə etmir. Mənə elə gəlir ki, heç kəs Avropada və bir sıra digər inkşaf etmiş ölkələrdə ticarət subyektlərində xüsusi geyimli vergi orqanlarının nəzarət tədbirini həyata keçirən nümayəndələrinə rast gəlməyib. Ümumiyyətlə, belə təsərrüfat subyektlərinin xidmətlərindən heç kəs, heç bir turist yararlanmaq istəmir. Yaxud əlində dəyənək sahibkarlıq subyektlərinin qarşısında var-gəl edən polis nəfərlərinin gözə dəyməsi... Onlar yalnız özləri üçün müəyyən edilmiş avtomobillərdə ictimai asayişə nəzarət edirlər. Yalnız onları xüsusi geyimlərdə görmək mümkündür.
Azərbaycanda isə bütün dövlət orqanları və təşkilatları rütbə daşıyırlar. Elə aidiyyətsiz dövlət orqanları mövcuddur ki, onlarla general rütbəsi daşıyan işçisi var. Hesab edirəm ki, bu general rütbəsini və xidməti titulunu hörmətdən salmağa bərabərdir. Telefon qovşağında rabitə xidmətçiləri, metropoliten xidmətçiləri, maliyyə strukturlarının hesablayıcıları və nəzarətçiləri (pulsayanları) üçün belə rütbə nişanlarının gəzdirilməsi tamamilə yersizdir.
Məsələn, general Həzi Aslanovla eyni rütbə daşıyan Vergilər Nazirliyinin hər hansı idarə rəisləri necə bir tərəziyə qoyula bilər? Yaxud, Müdafiə naziri Zakir Həsənovla adi maliyyəçi necə eyni rütbə daşıyıcısı ola bilər?
Rütbə nişanları yalnız orduya, hərbləşdirilmiş orqanların, təşkilatların silahlı birləşmələrinə aid olmalıdır. Mal-qaraya , toyuq-cücənin sağlamlığına, rabitə sisteminə və ya pul hesablamaq vəzifəsi üçün nəzərdə tutulmuş vəzifələr xüsusi fərqlənmə predmeti ola bilməz. Hərbdə və polisdə xüsusi rütbələr şəxsi heyətin idarəedilməsi üzrə müəyyənedici məsuliyyətini, hüquqi əsaslarını aydınlaşdırmaq üçündür. Müstəsna hal kimi, dövlət yanğından mühafizə orqanı üçün də bu dərəcələndirmə tətbiq edilə bilər. Digər təşkilatlarda isə direktor, müavinlər, idarə rəhbərləri və .s kimi inzibati vəzifə daşıyan şəxslərin adi qaydada fərqləndirilməsi daha doğrudur. Həmin şəxslərin kənarda fərqlənməsinə zəruri ehtiyac yoxdur. Əks təqdirdə həm hüquqi, həm də ictimai təfəkkür baxımından belə hallar dövlət hakimiyyəti barədə ürək açan mənzərə yaratmır. Çünki ilk görünüşdən belə ölkələrin avtoritar quruluşu barədə təsəvvür yaranır. Dövlətin ali məqsədli kimi konstitusiya ilə müəyyən edilmiş prinsiplərindən sayılan demokratiyanın təminatını kölgə altına şübhəsiz alır. Bir sıra beynəlxalq təşkilatlar və dünya dövlətləri də bizim kimi ölkənin hümanitar görünüşünü başqa cür anlaya bilməz. Odur ki, siyasi problem kimi görünməyən, əslində isə problem olan məsələlərə diqqət göstərmək vacibdir”.