Bir qrup erməni Azərbaycandan sığınacaq istəyir - FOTOLAR - EKSKLÜZİV
31-01-2017, 15:20
Ermənistanda sosial-iqtisadi vəziyyətin ağır olması səbəbindən əhali arasında yoxsulluq və işsizlik səviyyəsi sürətlə artmaqdadır. Səfalət içərisində yaşayan Ermənistan əhalisi çıxış yolunu ölkəni tərk etməkdə görür və hər il minlərlə insan xarici ölkələrə üz tutur. Acınacaqlı vəziyyətdə yaşayan ermənilər arasında vaxtı ilə Azərbaycandan köçüb getmiş insanlarda var. 25 il əvvəl Azərbaycandan köçərək Ermənistana gedən insanlar hazırkı Ermənistan rəhbərliyinin onlara olan münasibətindən, yaşayış şəraitlərinin ağırlığından şikayətlənərək Azərbaycan hökümətindən onlara sığınacaq vermələrini xahiş edirlər.
"Yeniavaz.com" Ermənistan mətbuatına istinadən bildirir ki, vaxtı ilə Bakı şəhərində yaşamış bir qrup Ermənistan sakini bu məsələ ilə bağlı hətta beynalxalq qurumlarada müraciət etmək niyyətindədirlər. Belə ki, İrəvan şəhərinin Şenqavit rayonu Artsax küçəsi 4-cü döngə 2 binanın (yataqxana) 413, 218, 320 və 415 nömrəli mənzillərində yaşayan, 1990-cı illərdə Bakıdan köç etmiş bir qrup erməni Ermənistanın siyasi rəhbərliyinin onlara qarşı haqqsızlıqlarına dözməyib övladları, yaxınları və qohum-əqrəbaları ilə birlikdə könüllü şəkildə Azərbaycandan sığınacaq istəyirlər.
Bakıdan Ermənistana köç etmiş 90 yaşlı Nina Seyranovanın dedikləri: “Bir vasitə olaydı o zamanları geri qaytaraydı. Bakıda layihəçi işləyirdim, çox saylı mükafat və medallar almışam. Bakıda hamımız bərabər idik. Sonra məlum hadisələr başladı. Lakin 26 ildir ki, vətəndə başımıza gələnlər Bakıdakından betər oldu. İlk öncə sevindik ki, gəlmişik vətənə sonara gördük ki, bizə burda yad münasibət bəsləyirlər.
Başqq bir Erməni: 88 yaşlı Seda Melkumyan isə bildirir ki, Bakıdan çıxanda qonşularım bizə dəstək oldular: "Biz Bakıdan zərər çəkmədən çıxdıq gözlərimiz , sağlamlığımız yerində. Ermənistanda məskunlaşandan sonar ağlamaqdan gözlərim kor olub. Öz vətənimizdəyik lakin bizə heç bir diqqət göstərilmir. Aylarla çimə bilmirəm bütün yataqxanaya bir hamam təşkil ediblər, əgər hamam demək olarsa. Gözlərim görmür ayaq səslərindən bilirəm ki, gələn kişidir yoxsa qadın. O vaxlar Bakıda rəfiqələrimlə istirahət üçün hamama gedirdik. İndi isə yalnız pullu hamama getmək olur. Köçkünlər üçün qəza vəziyyətində olan bu yataqxanada 56 ailə yaşayır. Burda demək olar ki, hamamda yoxdur. Hər mərtəbədə bir ayaq yolu var ondanda ki, 35 nəfər istifadə edir. Ayaq yolundan qadın, kişi, yaşlı, cavan istifadə edir".
85 yaşlı Nadejda Marutyan isə 26 ildir ki, bu yataqxanada məskunlaşıb. Nadejda Marutyan isə qeyd edir ki, 4-cü dərəcələli qəza vəziyyətində olan yatqxanda yaşamaqdan bezib: "Mənim Bakının mərkəzində 4 otaqlı evim olub. Yaşadığım məhəllənin sakinləri çox millətli olub. Onlardan heç bir zaman bir hörmətsizlik görməmişəm. Yaxşı yerdə işləmişəm yaxşı məvacib alırdım. İldə bir dəfə hökümət öz hesabına məni sanatoriyaya göndərirdi. İndi isə burda nəinki sanatoriya göndərirlər, heç adam yerinə qoyan yoxdur məni. Çoxlarımız burda təqaüdçülərik dövlətdən heç bir təminatımız yoxdur. Ayda bir dəfə Qırmızı Xaç Cəmiyyətinin könüllüləri gəlirlər, onlarda ki, heç bir problemlərimizi həll etmək iqtidarında deyillər. Əgər bu gün kimsə mənə desə ki, sizi Azərbaycana qaytarırlar inanın ki, xəstəliyimə baxmayaraq gedənlərin içində birinci mən olaram. Mən Azərbaycanın rəhbərliyinə xahiş edirəm bizi qaytarsınlar öz yerlərimizə. Biz Azərbaycan xalqından hər zaman hörmət görmüşük və onlardan incikliyimiz yoxdur. Bütün bu iyrənc hadisələri erməni millətçiləri və Moskvanın qulları törətdilər. Mənim 85 yaşım var, hələ də gözləyirəm ki, nə zamansa qayıdacağam Bakıya və orda dünyamı dəyişəcəm”.
Bakıdan olan başqa bir köçkün Rita Mirzoyants deyir ki, mən ailəmlə birlikdə neytral əraziyə keçib Azərbyacana sığınmaq qərarına gəlmişəm: "Bizi birda insan yerinə qoyan yoxdur. Xəstələndikdə dərman almağa pulum belə yoxdur. Nə zamana qədər dilənib özümüzü saxlamalıyıq. Bu nədir? Bəs bu bizim alçalmağımız deyilmi? Biz nə qədər alçalmağa dözməliyik?"
Keçmiş Bakı sakinləri Marina Akopyan, Nora Seyranovna və Janna Arakelovna əlavə edərək bildirilər ki, problemlər çox dərindir və bu acınacaqlı vəziyyətdən çıxış yolu yalnız Azərbaycan dövlətinin öz keçmiş vətəndaşlarına sahib çıxmasındadır: "Biz xahiş edirk ki, Azərbaycan dövləti səsimizə səs versin".