"İstambul kral"-ı Lənkəranski haqda inanılmaz fakt: “Xüsusi təyinatlılarla…” (VİDEO)

13-06-2017, 09:05           

Azərbaycanlı “qanuni oğru” Rövşən Lənkəranski haqqında ARB kanalında qısametrajlı sənədli film yayımlanıb.
teref.az baku.ws-ə istinadən xəbər verir ki, “qanuni oğru” haqqında çoxlarının bilmədiyi məlumatların açıqlandığı filmdə məxfi qovluqlardakı materiallardan istifadə olunub.
Milli Təhlükəsizlik məsələləri üzrə ekspert Rövşən Novruzoğlu Lənkəranski haqqında şok detalları açıqlayıb: “Rövşən Lənkəranski çox yerdə İstanbul kralı kimi tanınırdı. İstanbul kralı deyəndə hamı bilirdi ki, kimdir. Çox sənədlərdə onun iş adamı olduğu qeyd edilir. Türkiyədəki məşhur “Zürafə” məhəlləsini dağıdanlardan biri Rövşən olub. “Zürafə” məhəlləsi əxlaqsız qadınların məskəni olub. Türkiyənin MİT-i bir neçə dəfə həmin məhəllədə əməliyyat keçirib. Həmin əməliyyatlardan birində Rövşən də iştirak edib. Amma o, MİT tərəfindən deyil, müstəqil şəkildə əməliyyata qatılıb. Oradan azərbaycanlı tələbə qızları çəkib çıxarıb. Bundan başqa, Lənkəranski Moskva ətrafında kimsəsiz uşaqlar üçün ev tikdirib və onlara pay göndərib”.
Filmdə Lənkəranskinin Ded Xasanı öldürtməsindən, Türkiyədəki sui-qəsd hadisələrinə kimi bütün cinayətlər haqqında maraqlı məqamlar açıqlanır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru