“Başını kəsib torbaya qoyublar” - Keçən il pulunu, bu il malını oğurladılar - VİDEO

5-12-2017, 14:25           

Cəlilabad rayonu Məmməd Əmin Rəsulzadə küçəsindəki təsərrüfatdan 10-larla ev quşu başı və ayaqları kəsilərək oğurlanıb.

Hurriyyet.org ARB TV-yə istinadən xəbər verir ki, zərərçəkən İlqar Şahmarovun sözlərinə görə, səhər saatlarında quşları yemləmək üçün hinin qapısın açıb, oranın boş olduğun görüb.

Ətrafa göz gəzdirdikdə isə həyətyanı sahədə ev quşlarının kəsilmiş baş və ayaqlarının olduğu torbanı tapıb. Məlum olub ki, hadisəni törədən şəxs və ya şəxslər quşların səsinin eşidilməməsi üçün bu üsuldan istifadə ediblər.

İlqar Şahmarov – Zərərçəkən: “Toyuğun, qazın, ördəyin başını kəsib, torbaya qoyub aparıblar. Başın, ayağını da bura qoyublar”.

Bu Şahmarovun zərər çəkdiyi ilk oğurluq hadisəsi deyil. Ötən il də onun evindən 1020 manat nağd pul və xeyli sayda məişət əşyaları oğurlanıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru