Neft arzulanan qiymətdə: ölkəmiz nə qazanacaq? - Ekspert

27-01-2018, 09:59           

Hazırda Azərbaycanın ixracında xam neft 75 faiz təşkil edir. Yəni 2017-ci ilin nəticələrinə görə, son rəqəm budur. Bu baxımdan bizim üçün neftdən gələn gəlirlər önəmli rol oynayır.

Bu sözləri iqtisadçı İlham Şaban “Azəri Layt” markalı neftin 1 barrelinin dəyərinin 72 dolları keçməsini Axar.az-a şərh edərkən deyib. O bildirib ki, neftin qiymətinin artımı ölkənin gündəlik gəlirlərinin artmasına zəmin yaradacaq:

“Əgər biz gündəlik neft ixracını götürsək – bu, təqribən 600 080 min barreldir - neftin qiymətinin 1 dollar artması əvvəlki günə nisbətdə 600 080 min dollar əlavə gəlirin qazanılması deməkdir. Ona görə də neftin qiymətinin artımı bu baxımdan ölkə iqtisadiyyatı üçün böyük önəm daşıyır”.

İqtisadçı bildirib ki, dövlət büdcəsində neftin qiyməti 45 dollar hesablanıb:

“Bu il neftin orta qoymətinin 60 dollardan yüksək olacağı proqnozlaşdırılır. Belə bir hal baş verərsə, ölkəmizə təqribən 7,5 milyard dollar vəsait daxil ola bilər. Bu isə 2017-ci ildəki vəsaitlə müqayisədə 1,8 milyard dollar çoxdur”.

Qeyd edək ki, bu gün “Azəri Layt” markalı neftin 1 barrelinin dəyəri 0,77 dollar və ya 1,08% artaraq 72,18 dollar təşkil edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.