Zabitinə muzdlu kimi davranan cəmiyyət torpaq da itirər, üzünə də tüpürülər..."
27-01-2018, 13:19
Deyirlər, işıq pulunu verə bilməyən, oğlu hərbi litseydə təhsil alan ana öz canına qıyıb.
İcra strukturları özlərini quldur kimi aparırlar.
Dünən 26 manatlıq borca görə evdə işığı kəsmişdilər.
Əlbəttə icra strukturları vergi də alacaq, xidmət haqqı da toplayacaq.
Amma bunu da ədəblə həyata keçirmək lazımdır axı.
Camaat niyə vergi vermək istəmir, niyə xidmət haqqı ödəmək istəmir, heç bilirsinizmi?
Camaat bu dövləti özününkü saymır. Camaat icra strukturları ilə danışa bilmir. Bir sadə vətəndaş adi icra nümayəndəsi ilə danışmaq üçün ancaq şaquli baxmalıdır. Üfüqi ünsiyyət alınmır.
Hökümət isə sadə insanın elektrik haqqını niyə ödəyə bilmədiyini ciddi düşünməlidir.
İndi o ananın övladı hərbi litseydə vətəni qorumağı mı öyrənəcək?
Əsla.
O gənc zabit muzdlu kimi davranacaq.
Muzdlu.
Zabitinə muzdlu kimi davranan, zabiti özü haqqında muzdlu kimi düşünən cəmiyyət torpaq da itirər, üzünə də tüpürülər.
Vasif İsmayıl, Tanınmış həkim,
Azərbaycan Uroloqları Assosiasıyası, Avropa Uroloqları Cəmiyyəti, Türk Urologiya Cəmiyyəti, Türk Andrologiya Cəmiyyəti, Türk Qadın Urologiyası Cəmiyyətlərinin üzvü