UKRAYNA PREZİDENTİNİN DƏ GİZLİ BİZNES İMPERİYASI ÜZƏ ÇIXARILDI – offşor hesablar, zavodlar, fabriklər, holdinqlər... – ARAŞDIRMA
31-01-2018, 22:17
Ukrayna prezidenti Pyotr Poroşenkonun da əlaqəsi olduğu “Panama sənədləri”lə bağlı beynəlxalq offşor qalmaqalı yaddan çıxmamış alman jurnalistləri ukraynalı zaminə növbəti “quyunu qazıblar”. Yerli KİV-lərə səkkiz ay lazım gəlib ki, “saxta” firmaların, şübhəli sövdələşmələrin və Almaniyada vergidən yayınmaların qəlizdən-qəliz kələfini çözələsin. Sonuncu Qərb ölkələrində, az qala, ən ağır cinayət sayılır.
Poroşenkonun çevrəsində durumu hələlik şərh etməyiblər. Amma hələ ağzının da yumulması mümkün olan Ukrayna KİV-lərindən fərqli olaraq, alman kütləvi informasiya vasitələrinə (o cümlədən ən böyüyü "Deutsche Welle"-yə) bilərəkdən cavab verməmək mümkün deyil.
Poroşenko Almaniyadakı biznesi dostu və sinif yoldaşının adına sənədləşdirib
Almaniyada yerli KİV-lər Ukrayna prezidentinin şübhəli biznesi haqda ilk dəfə 2016-cı ilin aprelində danışmağa başlayıb. Jurnalistlərin aydınlaşdırdığı kimi, Elsteraue şəhərciyində (Şərqi Almaniyada Leptsiq yaxınlığında) nişasta, yem və qlüten istehsalı üzrə zavod yerləşir. 100-ə yaxın adamın işlədiyi müəssisə Pyotr Poroşenkonun çox geniş kölgə imperiyasının yalnız ildə 6 milyon avro gəlir gətirən kiçik seqmenti çıxıb. Bu zavodun offşorlarda sənədləşdirilməsi Pyotr Poroşenkonun imperiyasına müəssisəyə maksimal gizlilik və səmərəli vergi üçün geniş imkanlara zəmanət imkanı verib.
Pyotr Poroşenkonun Ukraynada da oxşar “nişasta zavodu”, habelə aqrar holdinqi və emal müəssisələri var. Bu nişastanın hamısı “Roshen” korporasiyasının qənnadı fabriklərində işlədilir.
"DW" jurnalistlərinin aydınlaşdırdığına görə, alman şəhərciyi Elsterauedəki zavod Pyotr Poroşenko tərəfindən 2011-ci ildə alınıb. “Roshen”in hüquqşünasları sazişi elə şəkildə tərtib ediblər ki, əsas mənfəətdarın – Ukraynanın indiki prezidentinin adını “matryoşka”da – “kökləri” Kipr və Virciniya adalarına gedib çıxan laybalay kiçik firmalarda gizlətmək mümkün olub. Almaniyanın müəssisələr siyahısının məlumatına görə, Elsterauedəki zavodun da məxsus olduğu“Interstarch GmbH” şirkətinin qurucusu Kiprin “Camarin Limited” şirkətidir.Öz növbəsində Kipr şirkətinin qurucusu 2012-2014-cü ildə Britaniyanın Virciniya adalarında yenidən qeydə alınmış “Morewig Limited” şirkətidir. Məhz bu adalar beynəlxalq “kölgə” biznesində ən “qeyri-şəffaf”lardan biri sayılır. Almaniya zavodunun əsas sahibi Kipr “ləpiri”ylə Tortola adasında qeydə alınmış “Euro Business Investments LTD” şirkətidir.
Pyotr Poroşenko bu firmanın ona məxsus olub-olmadığı haqda "DW"jurnalistlərinin birbaşa sualını cavablandırmaqdan imtina edib. Halbuki 2011-ci ildə alman nişasta zavodunun alğısı zamanı məsləhətçi kimi çıxış edən“Investment Capital Ukraine” (ICU) şirkətinə sorğu gözlənilməz nəticə gətirib. ICU-da bildiriblər ki, alman zavodunun alğısı zamanı nominal yatırımçı olan Kipr şirkətinin mənfəətdar sahibi biznes tərəfdaşı, “Roshen” korporasiyasının top-meneceri və … Pyotr Poroşenkonun sinif yoldaşı Sergey Zaytsevdir. Bu adama ayrıca blok ayırmağına dəyər. Doğrudan da, son dərəcə maraqlı şəxsdir…
"Who is Mr. Sergey Zaytsev?"
Artıq dediyimiz kimi, Almaniyadakı zavodun alğısına hansısa Sergey Zaytsev – Pyotr Poroşenkonun biznes tərəfdaşı, “Roshen” korporasiyasının top-meneceri və sinif yoldaşı pul ayırıb. Və Almaniyada alğının “boz sxemlər”ini hələ bayağı saziş adlandırmaq mümkündürsə, onun Ukraynadakı maraqları nişasta zavodlarından xeyli uzağa yayılıb.
Ukraynanın məşhur ictimai xadimi və jurnalisti Dmitri Qnapın araşdırmalarının gedişində aydınlaşıb ki, Sergey Zaytsevin Ukraynada daha bir, lakin “qapalı” biznesi var. Yəni eks-prezident Viktor Yanukoviçin çevrəsindəki məmurların Ukraynadan uçuşlarını həyata keçirən “Biznes-Erlaynz” şirkəti.
Şəraitin əcaib şəkildə inkişafı nəticəsində “Biznes-Erlaynz” şirkətinin ofisi Kiyevdə Pyotr Poroşenkoya məxsus elit “5 element” biznes mərkəzində yerləşir. Əvvəlcə “Intraco Management Limited” adlanan şirkətin özü 2012-ci ildə Virciniya adalarında qurulub. Onun sahibi Sergey Zaytsev, direktoru isə Kipr hüquqşünası Cofri Mecistreyt çıxıb. Məhz bu adam offşorlarda qeydiyyatda təkcə əla mütəxəssis deyil, həm də Panamanın qalmaqallı “Mossack&Fonseca”şirkətinin Kipr təmsilçiliyinə başçılıq edir. Qrafada: “Şirkət “fəaliyyət növləri”ni “çarter aviauçuşları və yatırım” göstərib”. Uçuşların icraçısı kimi Ukraynanın “Biznes-Erlaynz” şirkəti çıxış edib, vəsaitlər isə “Intraco Management Limited”-in offşor hesablarına daxil olub.
Jurnalistlərin əldə etdiyi fayllarda aviaşirkətin məşhur xeyli müştərisinin adı var:Poroşenko, Yuşenko, Klyuyev (üç dəfə Ukrayna baş nazirinin birinci müavini olub-tərc.), Azarov (2010-2014-də Ukraynanın baş naziri-tərc.), Katsuba(Ukrayna Radasının deputatı-tərc.), Levoçkin (milyonçu, VI, VIII çağırışlarda Ukrayna deputatı, 2010-2014-də prezident Viktor Yanukoviç administrasiyasının rəhbəri-tərc.), Boqatıryova (Azarov hökumətində səhiyyə naziri, baş nazirin birinci müavini-tərc.). Kiyevdən Xarkova bir aviauçuşun dəyəri 8 min, Kiyevdən Sürixə 21 min avro təşkil edib.
2014-cü il fevralın 20-də “Ləyaqət inqilabı” deyilən hadisələrin qızğın çağında Kiyevin “Julyanı” aeroportundan Regionlar Partiyasının üzvləri və ailələrini Ukraynadan daşıyan onlarla özəl təyyarə uçub. Reyslərin çoxunu “Biznes-Erlaynz” şirkəti həyata keçirib.
Ukraynada və ondan kənarda bütün uçuşları qeydiyyata alan “Ukraerorux”dövlət müəssisəsinin məlumatına görə, 2014-cü il fevralın 22-də Viktor Yanukoviçin Kiyevdən qaçdığı gün Rusiya sərhədi istiqamətində bort nömrəsiOE-ICE Airbus 318 Elit uçub. Əvvəlcə Soçiyə yön götürən təyyarə istiqaməti dəyişib və BƏƏ-də Dubay aeroportuna enib. Polşanın “Gazeta Vıborça” nəşrinin məlumatına görə, təyyarədə Viktor Yanukoviçin özü deyil, yaxınları olub.
Bununla belə, çarteri “Biznes-Erlaynz” həyata keçirib, təyyarənin özü isə Ukraynanın indiki oliqarxı, Pyotr Poroşenkonun yaxını Yuri Kosyuka məxsus olub. Pyotr Poroşenko hakimiyyətə gələndə Yuri Kosyuku Prezident Administrasiyası başçısının müavini təyin edib.
Almaniya Poroşenkonu öz biznesini “təmiz” aparmağa məcbur edəcək
“Panama sənədləri” ilə bağlı offşor qalmaqalı Almaniyanı “Firma sahiblərinin şəffaflığının qeydiyyatı haqda" Qanun qəbul etməyə məcbur edib – bunu habelə qanunsuz vəsaitlərin yuyulması ilə mübarizə üzrə AB direktivləri tələb edir.Alman firmaları bu Qeydiyyata əsas mənfəətdarın soyadını daxil etməlidir.Söhbət, hər şeydən əvvəl, sahibləri xaricdə olan və çox vaxt offşorlar vasitəsilə öz aktivlərini bilərəkdən gizlədən şirkətlərdən gedir. Qeydiyyat ictimaiyyətə əlçatan olan kimi, "DW" jurnalistləri Pyotr Poroşenkonun“Ukrprominvest-Aqro” Ukrayna qrupuna daxil olan həmin zavodun sənədləşdirildiyi alman “Interstarch GmbH” şirkətinin vasitəsilə Kipr şirkətlərinin arxasında kimin adının gizləndiyini öyrənmək ümidiylə sorğu göndəriblər. Qanunun tələbinə rəğmən, Ukrayna yatırımçıları məlumatları bu Qeydiyyata daxil etməkdən imtina ediblər.
Məsələ bundadır ki, Almaniyada Qanunu qəbul edənədək alman şirkəti və nişasta zavodunun sahibi – “Interstarch GmbH” 24,95%-lik minoritar (şirkətin idarəçiliyinə qatılmaq imkanı verməyən səhmlər zərfinin həcmi-tərc.) payını Ukraynanın Pyotr Poroşenkonun “Ukrprominvest-Aqro” holdinqinə daxil olan“İnterstraç Ukraina” şirkətinə satıb. Payın satıcısı Kiprin zavodun indiyədək75,05% payla əsas həmşəriki “Camarin Limited” şirkəti çıxıb. Pyotr Poroşenkonun tərəfdaşlarının özləri də buna görə qərara gələ bilmirlər ki, müəssisəyə sahiblik haqda kimin məlumatları Almaniyada Qeydiyyata daxil edilməlidir. Sənədlərə əsasən, “Interstarch GmbH”-in Müşahidə Şurasına “Ukrprominvest-Aqro” şirkətinin baş direktoru Yevgeni Sayenko başçılıq edir, onun müavini isə “İnterstraç-Ukraina” şirkətinin direktoru, 25%-lik pay sahibliyi ilə hansısa Andrian Kryaçokdur.
Və Pyotr Poroşenkonun Ukrayna top-menecerləri bu qayda ilə Almaniyanı dolaşıq salmaq qərarına gəliblərsə, onda Qanunda bu hal üçün ayrıca bənd nəzərdə tutulub. Almaniya qanunvericiliyinə əsasən, mənfəətdar (əsas mənfəətdar) təkcə əsaslı payın (25%-dən çox) sahibi deyil, həm də “müəssisə üzərində buna tən tutula biləcək nəzarəti həyata keçirən” şəxs sayıla bilər.Hüquqşünasların izah etdiklərinə görə, bu cür hallarda əsas mənfəətdarın müəyyən edilməsində açar kriteriya şirkətdə rəhbər postlara təyinatda adamın nüfuzudur.
Pyotr Poroşenkonun holdinqinin menecerləri tərəfindən müəssisə üzərində nəzarəti nəzərə alınsa, yəqin ki, qanunvericiliyə uğun olaraq prezident həmin mənfəətdardır, hərçənd onun payı 24,95%-dir. Federal İnzibati İdarənin Şəffaflıq Qeydiyyatına daxil edilən məlumatların yoxlanması tapşırılan mütəxəssisləri də bu fikrin tərəfdarıdırlar.
Pyotr Poroşenkoya Almaniyada bu mövzuda susmaq çox çətin olacaq.Mənfəətdarlar haqda tələblərin pozulmasına görə 100 min avroya qədər cərimə nəzərdə tutulub. Təkrar pozuntu halında 1 milyon avroyadək. Buna görə də Ukrayna prezidenti ya Almaniya biznesindəki payını satmalı, ya da onu “nənəsinin” adına keçirməli olacaq. Çox ehtimal ki, Pyotr Poroşenkonun hansı qərar qəbul edəcəyini onun hüquqşünasları deyəcəklər. Lakin, şübhəsiz, payın Poroşenkonun özünə ziyan vuran satışı həyata keçirilməyəcək.
Tərcümə Strateq.az-ındır.