Azərbaycan banklarının milyonları "bloka" düşüb - SİYAHI

6-02-2018, 19:20           

Aktivlər (verilən kreditlər və digər bnklara yatırılan depozitlər) üzrə hər hansı gecikmə və ya geri qayıtmama ehtimalı (riski) artdığı halda, bank bu zərərini qarşılamaq məqsədilə ehtiyatlar (rezervlər) ayrılmağa başlayır. Bu ehtiyatların ayrılması əlbəttə ki, müəyyən meyarlar əsasında aparılır. Aktivlər üzrə gecikmə günləri artdıqca və ya aktivin keyfiyyəti aşağı düşdükcə, uyğun olaraq bu zərərləri qarşılaya biləcək ehtiyatların faizləri də artır. Ehtiyat faizləri üzrə ehtiyat məbləğləri hesablanaraq ehtiyatlanmanın yaradılması aparılır.



Qeyd edək ki, ehtiyatların yaradılması bir tərəfdən yaxşı haldır, çünki bank aktivləri ilə bağlı itki yarandıqda yaradılmış ehtiyatlarla həmin itkilərin bir hissəsini qarşılaya biləcəkdir. Lakin unutmayaq ki, ehtiyatlar da bankın aktivlərinin risk ölçüsündən asılıdır. Bank nə qədər çox ehtiyat yaradırsa, bu onun daha çox riskli aktivlərə malik olduğunu göstərir. Düzdür, banklar pullarını ehtiyata ayıraraq onların heç bir gəlir gətirmədən dövriyyədən kənar qalmasını istəmir, amma bu, proses qanunla tənzimlənir.



Devalvasiyadan sonra Azərbaycan bankları ehtiyatlara ayırmaları kəskin artırıblar. Bu, problemli kreditlərin artması ilə bağlıdır. Ehtiyatlara ayırmalar nəticəsində bir sıra banklar zərər edib və səhmdarların kapitalları silinib.



Əgər gələcəkdə gecikmədə olan kredit banka ödənilərsə, müvafiq olaraq "blok" edilmiş məbləğ də azad olur və mənfəətə əlavə olunur.



2017-ci ilin yekun maliyyə göstəricilərini açıqlayan bankların aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün yaradılan xüsusi ehtiyatlara ayırmaları:



Bank

Ehtiyatlar

(manat)

Beynəlxalq Bank

271.359.000

Kapital Bank

48.734.780

Bank of Baku

41.517.000

Nikoil Bank

31.198.300

AFB Bank

30.006.189

Xalq Bank

25.193.970

Rabitəbank

20.128.000

Muğanbank

19.013.390

Bank Respublika

15.481.000

AccessBank

13.688.000

Paşa Bank

12.312.000

Bank Silk Way

7.213.770

Atabank

5.188.550

Yapı Kredi Bank Azərbaycan

4.866.000

Unibank

3.825.000

Amrahbank

3.633.623

Gunay Bank

3.204.884

NBC Bank

1.611.000

ASB Bank

1.354.420

AGBank

1.346.970

Ziraat Bankı

1.231.200

Turanbank

1.148.000

Bank Avrasiya

506.570

Expressbank

479.000

Bank BTB

-5.350.000

VTB Bank Azərbaycan

-39.919.230



Cədvəldə ilk sıralarda yer alan bankların ölkənin ən böyük bankları olduğunu nəzərə alsaq, deyə bilərik ki, hər bir bankın kredit portfelinin ölçüsünə mütənasib olaraq risk ölçülü aktivləri vardır. Bu isə niyə həmin banklarda digərlərindən daha çox ehtiyat olmasını açıqlayır.



Siyahıda gördüyünüz Bank BTB və Bank VTB Azərbaycanın ehtiyat məbləği mənfi göstərilib. Bunun açıqlaması isə odur ki, hesabatlarından da bəlli olduğu kimi həmin banklar ehtiyat ehtiyat məbləğini göstərilən həcmdə azaldaraq onu gəlir kimi tanıyıblar. Banklar isə ehtiyatlarını yalnız riskli aktivlərinin azalmasına mütənasib olaraq azalda bilərlər.
MARJA












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.