Xərçəngə qarşı yeni dərman hazırlandı

7-02-2018, 10:50           

Stenford Universitetinin tədqiqatçıları xərçəng xəstəliyinə qarşı preparat hazırlayıblar. Dərman üzərində aparılan testlər uğurla nəticələnib.

İlk olaraq gəmiricilər üzərində sınaqdan keçirilən preparat xərçəng hüceyrələrinə güclü təsir göstərib. Belə ki, preparat immun hüceyrələrini müəyyən olunmuş şişlərə “istiqamətləndirir” və onları bir neçə gün ərzində məhv edir. Tibb işçilərinin indiyədək istifadə etdikləri dərmanlarla bunu həyata keçirmək qeyri-mümkün idi. Bundan əlavə, maddələrin uyğunluğu vacib amillərdəndir. Dərman molekulları ayrı-ayrılıqda xərçəngə təsir etmir. Lakin onlardan bir yerə toplanmış halda istifadə etdikdə funksiyalarını dəyişə və xəstə orqanizmə təsir göstərə bilərlər.

Yeni dərman xərçəng xəstəliyinin immunoterapiya vasitəsilə müalicə üsullarının axtarışı çərçivəsində yaradılıb. Bu üsulun tətbiqi insan immunitetini fəallaşdırmaq, onu xərçəng hüceyrələrinə qarşı işləməyə məcbur etmək və onları müstəqil məhv etmək məqsədi daşıyır. Bu, xəstəliyin müalicəsində ən ağrısız üsuldur.

Gələcəkdə testlər insanlar üzərində də keçirilə bilər. (azərtac)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru