"Vestnik Kavkaza" İlham Əliyevin İrəvanla bağlı xəbərdarlığını dəstəklədi: İşğalçı pərt durumda...

13-02-2018, 10:30           
"Vestnik Kavkaza" İlham Əliyevin İrəvanla bağlı xəbərdarlığını dəstəklədi: İşğalçı pərt durumda...
Niyə ermənilərin Ağrıdağı işğal etmək istəyinə hə, azərbaycalıların İrəvana qayıtmaq istəinə yox deyilməlidir?

Rusiyanın "Vestnik Kavkaza" portalı prezident İlham Əliyevin bu yaxınlarda İrəvanın Azərbaycan torpağı olması, Azərbaycanın bu torpaqlara qayıtmasının vacibliyi barədə verdiyi açıqlamanı dəstəkləyən məqalə yazıb.
Məqalədə İrəvanın tarixi Azərbaycan torpağı olması geniş göstərilib. Qeyd edilib ki, İrəvan şəhərinin əsası 1504-cü ildə Səfəvi sərkərdəsi, Şah İsmayıl Xətainin vəziri Rəvanqulu xan Qacar tərəfindən qoyulub. Şəhərdə 8 məscid və 800 ev olub, əsas əhalisi Azərbaycan türkləri olub. Ermənilər İrəvana yalnız Rusiya işğalından sonra yerləşməyə başlayıblar. 1804-cü ildə İrəvan uğrunda müharibəyə başlayan Rusiya yalnız 23 ildən sonra öz məqsədinə çata bilib.

İrəvan qalasının təslim edilməsi, 1827-ci il - rəssam Frans Rubo 1893-cü ildə çəkib
Məqalədə həmçinin vurğulanır ki, 19-cu əsr boyunca İrəvana İrandan və Osmanlıdan nə qədər erməni köçürsələr də şəhərdə balans Azərbaycan türklərinin xeyrinə olub. Ermənilər şəhərdən Azərbaycan izlərini yalnız sovet illərində silə biliblər. 1920-ci ilə kimi qismən dağılsa da salamat qalan Sərdar sarayı sökülüb, İrəvanın türk keçmişini xatırladan bütün tikililər - məscidlər, hamamlar, qala divarları dağıdılıb. 1930-cu illərdə şəhərin adı da rəsmi sənədlərdə İrəvandan Yerevana dəyişdirilib.

İrəvan xanının sarayının son qalıqları

İrəvan qalası tam sökülməzdən əvvəl
İ
İrəvanda Sərdar sarayının içi
“Vestnik Kavkaza” 1948-1954-cü illərdə Stalinin əmri ilə İrəvandan Azərbaycanın Mil və Muğan düzlərinə 100 min Azərbaycan türkünün köçürülməsinə də toxunub, Bildirilib ki, onların yerinə xaricdən 90 min erməni gətirilib ki, Ermənistanda demoqrafik durum dəyişdirilisin, son nöqtəni isə 1987-ci ildə başlamış Qarabağ hərəkatı qoyub və 1990-cı ildə Ermənistanda bir dənə də azərbaycanlı qalmayıb.

Yetərincə maraqlı məqalə də İrəvan qalasının və Sərdar sarayının köhnə şəkilləri yer alıb. Yəni bu faktlar İrəvanın qədimdən Azərbaycana məxsus olduğunu sübut edir. “Vestnik Kavkaza” həm də Serj Sarkisyanın 2011-ci ildə İrəvanda erməni gəncliyi ilə görüşündə onlara Türkiyənin şərq vilayətlərini və Ağrı dağını işğal etməyə çağırmasını xatırladır. Serj Sarkisyan stenoqramlarda saxlanan məşhur çıxışında gəncələrə çıxışında demişdi: "Mənim yaşıdlarım Qarabağı geri qaytardı, Ağrı dağının qaytarılması isə sizin nəslin vəzifəsidir". Ona görə, portal məntiqi sual verir: Niyə ermənilərin Ağrıdağı işğal etmək istəyinə hə, azərbaycanlıların İrəvana qayıtmaq istəinə yox deyilməlidir?

Düzdür, portal bu məsələyə toxunmasa da, ermənilər İrəvanın adını Urartu qalası Erebuna ilə bağlamağa çalışırlar. Sovet dövründə bu məsələ ilə bağlı çox saxtakarlıqlar edilib və Urartu mətnlərinin tapıldığı Sarı Təpəyə Karmir Blur adı verərək Urartu abidələrinə uyğun tarxi abidələr tikilib. Bu məsələ rus alimlərini narazı salmışdı və onlar ermənilərə bildirmişdilər ki, bəri başdan belə saxtakarlıq etməklə bütün fəaliyyətinizə şübhə oyatmısınız.

Urartunun eradan əvvəl 8-ci əsrdə kimmerləri İrəvandan Ankaraya doğru sıxışdırması
İndi də bütün dünya Urartunun Ermənistana heç bir dəxli olmadığını bilir. Urartu tarixindən o da bilinir ki, indiki Ermənistan ərazisində urartuluların tikmək istədiyi qalalara yerli köçərilər hücum edərək dağıdıblar. Regionda yarımköçəri həyat keçirən yeganə xalq Azərbaycan türkləridir və qərb tarixçiləri Urartu qalalarına hücum edən həmin köçərilərin kimmerlər olduğunu bildirirlər. Burda həqiqət var: Təxminən 2800 ildir qərblilərin kimmer kimi tanıdığı kəmərli türk tayfası İrəvan, Gümrü, Qazax üçbucağında yaşayır. Gümrünün, İərvanda Qəmərli və Qazaxda Kəmərli yaşayış məntəqələrinin məhz kəmərli tayfası ilə bağlı olduğunu hər kəs bilir. O zaman azərbaycanlıların 3 min ildir ki, vətən kimi tanıdıqları İrəvan və Gümrü torpaqlarına qayıtmaq istəmələri niyə qəribə qarşılanmalıdır? (istipress.com)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.