Suriyada həlak olmuş muzdlunun arvadı: “Onları döyüşə donuz kimi atmışdılar”

16-02-2018, 10:59           
Suriyada həlak olmuş muzdlunun arvadı: “Onları döyüşə donuz kimi atmışdılar”
Yelena Matveyeva ərinin Suiryadan Rusiyaya qayıtmasını səbirsizliklə gözləyirdi.

Onun həyat yoldaşı Suriyada muzdlu əsgər kimi aylardır ki, prezident Assad-a sadiq qüvvələrlə çiyin-çiyinə döyüşürdü.

Onun bir neçə həftəyə qayıdacağına ümidlər böyük idi. Yelena hətta əri üçün təzə pal-paltar almaq fikrinə düşmüşdü. O Moskvanın şərqində yerləşən Sverdlovsk rayonunun Asbest qəsəbəsindəki paltar mağazasındaykən telefonuna bir tanışından zəng gəldi.

Matveyeva deyir ki, tanışı ondan ərindən və Asbestdən olan başqa bir müqaviləli çi İqor Kosoturovdan məlumatı olub-olmaıdğını soruşurdu. Matveya xatırlayır: “Mən dedim ki, ərimə üç gündür ki, zəng edə bilmirəm. Cəmi bircə dəqiqədən sonra tanışım zəng edib deyir: “Stas (Yelenanın əri Stanislav) və İqor öldürülüblər”.

Onların hər ikisinin fevralın 7-də Suriyanın Deyr əz-Zor qəzasında Suriya hökumət qüvvələrini hədəfləyən ABŞ koalisiyasının aviasiya və artilleriya zərbələri ilə öldürüldüyü düşünülür.

Bu zərbə nəticəsində ölənlərin sayına dair ziddiyyətli məlumatlar var, amma bu xəbəri ilk yaymış Bloomberg 200 nəfərin həlak olduğunu bildirib.

Bir az daha aydın olan məsələ bu idi ki, həlak olanların əksəriyyəti ruslar olublar. Onlar Rusiyanın rəsmi hərbi qüvvələrində deyildilər və Suriyaya müqavilələi döyüşçü kimi gəlmişdilər.

Rusiya rəsmiləri ya bu xəbəri şərh etməkdən boyun qaçırırlar, ya da fevralın 7-də endirilmiş zərbələr zamanı hər hansı rusun həlak olduğuna dair məlumatları qəti inkar edirlər. Rusiyanın Müdafiə Nazirliyi fevralın 14-də bu cür xəbərləri “klassik dezinformasiya” adlandırıb.

“Nəsə bir yadigar”

Lakin belə rəsmi açıqlamalar çox az adamı inandıra bilir, o ki, qaldı Matveyeva və onun kimi dul qalmış başqa Deyr əz-Zor qurbanlarının arvadları ola.

Matveyevanın dediyinə görə, onun əri ilə birlikdə Suriyada döyüşənlərin azı 30 nəfəri Sverdlovsk rayonundan olub. Bunların 9 nəfərinin Asbest şəhərindən olduğu məlumdur.

Rusiyada çıxan gündəlik “Kommersant” qəzeti yazır ki, Sankt Peterburqda mənzillənmiş PWC Vagner şirkəti Suriyada döyüşmək üçün azı 600 nəfərlə müqavilə bağlayıb.

Matveyeva deyir ki, ərinin valideynləri oğullarının başına gələndən hələ xəbərsizdirlər. Onlar övladlarının Suriyanın harasında olduğunu da bilmirdilər. Əllərində olan, yalnız Suriyada çəkildiyi güman edilən bir-iki fotoşəkildir.

Matveyeva deyir ki, o kompensasiya barədə düşünmür və atalarının başına nə gəldiyini uşaqlarına da deməyib. Onun istədiyi yeganə şey Rusiya hakimiyyət orqanlarının ərinin meyitini ona verməsi və bir də onun Suriyada həlak olduğunu təsdiq etməsidir.

Matveyeva daha sonra bunları deyib: “Birincisi, mən istəyirəm ki, ərim haqqında hamı bilsin. Təkcə o yox, oradakı bütün oğlanlar heç nə üçün ölüblər. Bu axmaqlıqdır. Onların göndərildikləri yerdə müdafiə olunmaq imkanları yox idi. Onlar sadəcə olaraq bu oğlanları donuz kimi döyüşə atıblar. Hakimiyyət necəsə, bir yolla, onların qisasını almalıdır. Onlardan yaddaş kimi nəsə qalmalıdır ki, arvadları onlara görə utanmasınlar, övladları isə fəxr etsinlər”.

Yelena müxbirlərə ona Deyr əz-Zorda həlak olmuş başqa bir muzdlu arvadının göndərdiyi videonu göstərir. O əmindir ki, bu video onun ərinin getdiyi hərbi karvanın ABŞ hava zərbəsi ilə vurulduğunu göstərir.

Amma bir az yaxından tanış olduqda görünür ki, bu, 2015-ci ildə buraxılmış AC-130 Gunship Simulator: Special Op Squadron video oyunun reklamıdır.

Bu video elə hey YouTube-da əsl döyüşün xronikası kimi pırtlayıb çıxır və hətta Rusiya Müdafiə Nazirliyi 2017-ci ildə onu ABŞ-ın Suriyadakı İslam Dövləti ekstremistlərinə dəstəyinin “inkaredilməz sübutu” kimi yayıb.

“Novorossiya” uğrunda döyüşlər

Matveyeva müxbirlərə həm də ərinin Müqəddəs Georgi Xaçı ordenini göstərir. O deyir ki, əri bu ordenlə şərqi Ukraynada döyüşdüyünə görə təltif edilib.

Ukraynanın şərqində Rusiyanın dəstəklədiyi separtaçılarla Ukrayna hökumət qoşunları arasında 2014-cü ilin aprelindən davam edən münaqişə indiyədək 10 min 300 nəfərin ölümünə bais olub.

Kazak Döyüşçülər İttifaqı tərəfindən verilmiş sənəddə deyilir ki, ordeni Matveyevanın ərinə “Novorossiyanın rusdilli əhalisini müdafiə edərkən göstərdiyi igidliyə və qəhrəmanlığa” görə veriblər.

Matveyeva xatırlayır ki, əri Donbasdan qayıtdıqdan sonra mənzillərin təmiri ilə məşğul idi. Sonra, 2017-ci ilin sentyabrında Suriyaya yollanıb.

Matveyeva deyir ki, əri şərqi Ukraynada və ya Suriyada gördükləri barədə çox nadir hallarda nəsə danışardı.

Azadlıq Radiosu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.