"Gültəkin Hacıbəylini millət vəkilliyindən sui istifadə edərək..." - QALMAQAL

16-02-2018, 20:09           
"Gültəkin Hacıbəylini millət vəkilliyindən sui istifadə edərək..." - QALMAQAL
Eyni cəbhədə fərqli mövqedə olan insanlar torpaq davasına görə ciddi müzakirələrə səbəb olublar. Bütöv Azərbaycan Xalq Xəbhəsi Partiyası sədrinin siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlının sabiq deputat, Milli Şuranın üzvü Gültəkin Hacıbəyliyə ünvanladığı sərt torpaq ittihamları sosial şəbəkələrdə müzakirə edilib.

BiG.AZ xəbər verir ki, hər iki şəxsin bir-birlərinə olan antipatiyası BAXCP sədri Qüdrət Həsənquliyevi də qalmaqala bulaşdırıb. Belə ki, Niyaməddin Orduxanlı Gültəkin Hacıbəylini millət vəkilliyindən sui istifadə edərək "Əlillər" massivindən qanunsuz torpaq zəbt etməkdə ittiham edib:

"Gültəkin xanım, yadınıza düşür, 2008-ci ildə Mehdibad bələdiyyəsinə gəlmişdiniz? Həmin illərdə mən Mehdiabad bələdiyyəsi sədrinin müavini olmuşam. Bilirəm ki, yadınızdan çıxmayıb bələdiyyə gəlib, iki ailə üzvünüz olduğu halda 12 sot torpaq götürdünüz. “Əlillər” masivindən aldığınız torpağı xatarladınız?! Uca səslə deyirdiniz ki, mən millət vəkiliyəm. Prezident seçkilərində İlham Əliyevin vəkili olmuşam! Kimdir troll?! Cəsarətin çatırsa, cavab verin! Qorxaq kimi rəyimi silməyi bacarırsınız! Kimsə , sizə şər-bohtan atmır! Keçmişinizi xatırladıb, bilmək istəyirlər ki, İlham Əliyevi dəstəkləyəndə səmimi idiniz, yoxsa indi Əli Kərimlinin yanında dayananda?!".

İttihamlara cavab verən Gültəkin Hacıbəyli sədr müavininin sözlərini böhtan adlandırıb:

"Allah yalan deyənin yeddi arxa dönəninə lənət etsin! Mən və ailə üzvlərim öz halal pulumuzla ( pulu bələdiyyə sədrinə vermişik, ozü də bizi aldadıb, baha satdığını sonra öyrəndik) torpaq almışıq. Mənimlə birlikdə deputat Məlahət İbrahimqızı da öz halal pulu ilə, eyni bələdiyyə sədrindən torpaq alıb. Biz pulumuzu verib baha qiymətə torpaq alırdıqsa bələdiyyəyə niyə gəlməliydik? Biz hara deyirdik, sədriniz ora gəlirdi. Rəsmi sənədləri də yenə pulu ilə sədriniz düzəltdi. Yəqin müavin kimi həmin puldan sizə də çatıb. Odur ki, böhtan atmamışdan əvvəl düşünün. Qorxmursunuzsa, cəsarətiniz çatırsa məmurların min ha-la torpağından yazın, mənim halal pulla aldığım 6 sotdan yox".

Niyameddin Orduxanlı bunun böhtan olmadığını, hadisənin isə şahidlərinin hələ də sağ olduğunu bildirərək Milli Şura üzvünü pul ödədiyi şəxsin adını açıqlaması üçün sıxışdırıb:

"Kim yalan deyirsə, min lənət olsun! Sizdən bir qəpik pul alan da şərəfsizdir! Yaxşı-yaxşı xatırlayın! Hansı axmaq bələdiyyə sədri sizdən pul ala bilərdi? O adamın adını açıqlayın! kimə və nə qədrr pul vermisiniz! Sizin yaddaşınız nə tez belə pozulub? Mən sizin yadınıza salaram. Qopartdığınız torpaqdan qonşunuz olan, 1-ci qrup əlil Vüqar Süleymanovun da ərazisinin müəyyən bir hissəsini zəbt etmişdiniz! Yadınıza düşür? Qardaşının zəngindən sonra geri çəkdiniz hasarı. Kim yalan deyirsə şərəfinə lənət! Torpağın arxasınca özün gəlmişdin! Və bunu mən hələ siz deputat olanda üzünüzə demişəm! Yəqin ki, bunu da xatırlayırsınız! Həmin hadisənin 50 nəfər şahidi bu gün də sağdır! 12 sot torpağa nə qədər pul ödəmisiniz açıqlayın!".

Müzakirələr artıq ciddi müstəvidə davam edib və Gültəkin Hacıbəyli BAXCP partiyasının sədrini cinayətdə ittiham edərək sədrin və onun müavini Niyaməddin Orduxanlının qanun qarşısında cavab verəcəyini bildirib:

"Mən hasarımı geri çəkməmişəm. Mənim hasarımı kim uçurub torpağımın bir hissəsini başqasına satıbsa buna görə vaxtı çatanda cinayət məsuliyyəti daşıyacaq. Öz halal pulumla 2006-cı ildə aldığım, özü də aldadılaraq baha qiymətə aldığım torpağımın dövlət reyestrindən çıxarışın üzərindəki tarix isə 02.11.2007-ci ildir! Yəni, mən torpağı 2006-da, rəsmi sənədini 2007-də almışamsa, niyə 2008-ci ilin seçkisindən sonra bələdiyyəyə gedib prezidentin vəkilliyindən sui-istifadə etməklə artıq iki ildir mənə məxsus olan torpağı tələb etməli idim?! Hələ utanmadan 50 şahid də gətirirlər. Mənim bircə şahidim var- Məlahət xanım. Ondan torpağı neçəyə aldığımızı, necə aldadıldığımızı öyrənə bilərsiniz. Niyaməddin Orduxanlı isə illərdir barəmdə yazdığı bütün böhtanlara görə qanun qarşısında cavab verəcək.

Biz torpaq alanda oralar bom-boş idi. Bizdən başqa bir-iki nəfərin, o cümlədən Niyameddin Orduxanlı nın sədri Qüdrət Həsənquliyevin torpağı var idi. Ətrafımız bom-boş olduğu halda mən necə kiminsə torpağını zəbt edə bilərəm? Əlimdə rəsmi dövlət sənədi ola-ola niyə torpaq zəbt etməli idim. Hasarın yerini də mən yox, Abşeron rayon torpaq şöbəsi müəyyənləşdirib. Amma sonrakı sədriniz ya müaviniz mənim bir hasarımı uçurub torpağımın bir hissəsini başqasına verib. Siz də bilirsiniz ki, bu cinayətdir".














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.