Manat ucuzlaşdı

28-08-2015, 14:59           
Manat ucuzlaşdı
Azərbaycan Mərkəzi Bankı avqustun 28-nə olan məzənnələri açıqlayıb

Artıq üçüncü gündür ki, Azərbaycanda dollar manat qarşısında bahalaşır.

ANS PRESS-in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) bu günə açıqladığı rəsmi məzənnələr bülleteninə əsasən, 1 dolların rəsmi məzənnəsi ötən günlə müqayisədə 0,04 faiz bahalaşaraq 1,0479 manat olub.

Avro isə manata nisbətən 0,008 manat ucuzlaşaraq 1,1805 manata düşüb. Halbuki dünən 1avro 1,1885 manat idi.

Azərbaycan manatı ölkə əhalisinin hazırda daha çox səfər etdiyi Rusiya, Türkiyə vəGürcüstanda nəzərə çarpacaq dərəcədə yuxarıdır. Belə ki, bu günə olan məzənnəyə nisbətdə türk lirəsi 0,3601, gürcü larisi 0,4464, rus rublu isə 0,0159 manat dəyərindədir.

Avqustun 27-də isə rəsmi məzənnələr bülletenində dolların rəsmi məzənnəsi 1,0475 manat, avro isə 1,1885 manat dəyərində müəyyənləşmişdi.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.