Azərbaycanın azadlıq mücahidi Şahmərdan Cəfərovun ölümündən 23 il keçdi.....

29-06-2018, 10:08           
Azərbaycanın azadlıq mücahidi Şahmərdan Cəfərovun ölümündən 23 il keçdi.....
Bu ,bizik..?!
Qəhrəmanlar ölmür, deyirlər. Onlar bəzən unudulurlar. Elə qəhrəmanlar da var ki, öz xalqının azadlıq simvoluna çevrilir. Belələri qəhrəman adını öz xalqının azadlığı uğrunda mübarizə apararaq qazananlardı Azərbaycanın uzaq və yaxın tarixində azadlıq uğrunda canından keçən elə qəhrəmanlarımız var ki, həmin qəhrəmanları qəsdən, indiki hakimiyyətin xüsusi siyasəti nəticəsində unutdurmağa çalışıblar bizə.
Belə qəhrəmanlardan biri də Naxçıvanda Şərur özünümüdafiə batalyonunun komandanı olmuş bu gün 36 yaşında vəfat etmiş Azərbaycan Xalq və Sərhəd hərəkatının tanınmış üzvü ,Şahmərdan Cəfərovdur. .O,17 oktyabr 1991-ci ildə Azərbaycanın müstəqillik aktına səs verən 43 deputatdan biridir.
Silahdaşları onu 90-cı illərin canlı əfsanəsi adlandırırlar. Əksər naxçıvanlılar isə belə hesab edir ki, o, olmasaydı bəlkə də Naxçıvan indi düşmən tapdağı altında qalmışdı. Naxçıvanda hamı sevirdi onu. Özünəməxsus xarakteri var idi. Dostları deyir ki, belə insanı tarix çox nadir hallarda yetişdirir. Şahmərdan öz mərdliyi, cəsarəti, sadəliyi, həqiqi vətənsevərliyi ilə naxçıvanlıların qəlbində dərin kök salıb. Buna görədir ki, ölümündən düz 18 il ötməsinə baxmayaraq, indinin özündə də Naxçıvanda hamı onu hörmətlə yad edir. Siyasi dünyagörüşündən asılı olmayaraq, sanki hər kəs özünü ona borclu sayır. Ailə qurmağa hazırlaşan elə cütlüklər də var ki, onun qəbrindən xeyir-dua almadan özlərinə toy çaldırmırlar.

1993-cü ildə Heydər Əliyev Bakıya gedəndən sonra Şahmərdana müdafiə naziri postunu təklif edib: “O, qətiyyətlə bu təklifi rədd etdi. O, Elçibəyə xəyanət edə bilməzdi. Sonra ondan tələb etdilər ki, Sərhəd Qoşunlarından istefa versin. Bu məqsədlə Şahmərdana bir neçə dəfə sui-qəsd də təşkil olundu. Sonda hakimiyyətin apardığı siyasətə etiraz olaraq Şahmərdan vəzifəsindən istefa verdi. 1994-cü ilin avqustunda Şahmərdan və onun silahdaşlarına qarşı qanunsuz silahlı dəstə ittihamı ilə cinayət işi açıldı. Həmin ilin dekabrında artıq parlamentdə Şahmərdanın həbs olunması ilə bağlı fikirlər səsləndirilməyə başlandı. 1995-ci ilin may ayının 18-də spiker səviyyəsində bu məsələ gündəliyə gətirildi. Təklif bir neçə dəfə səsə qoyulsa da, səs çoxluğu alınmırdı. Elə həmin gün Şahmərdan evi tərk etdi. Bir də cənazəsi qayıtdı”.

“AXC-nin fəallarından idi. Elçibəyi özünə ideal sayırdı. Onun yolunda canından keçməyə hazır idi. Heydər Əliyevlə də əvvəllər münasibətləri yaxşı olub. Sonra soyuqluq yarandı aralarında. Soyuqluğun bir sıra səbəbləri var idi. Şahmərdan bu səbəblər barədə evdə də tez-tez danışırdı.
Sədərək kəndi üçün mühüm əhəmiyyət kəsb edən Miltəpə postunun geri alınması planına Heydər Əliyev qarşı çıxmışdı. O vaxt Bakı Siyavuş Mustafayevi Naxçıvan Muxtar Respublika Daxili İşlər naziri təyin edəndə Şahmərdan bu qərarı dəstəkləyirdi, Heydər Əliyev isə qərara qarşı idi. Belə yarandı aralarındakı soyuqluq...
Şahmərdan Cəfərov Sərhəd Qoşunlarından istefa verdikdən sonra ən çox Culfada və Ordubadda Elçibəyin yanında olub. Nəhayət 30 mayda parlamentdə həbsiylə bağlı qərar qəbul edildi. 17 iyunda səhər tezdən o özünün Niva maşınında Kələkidən qayıdarkən Bənəniyar kəndində Culfa rayon polis bölməsinin əməkdaşları tərəfindən yolda güllələnib.
Maşında əlavə üç nəfər də olub. Polislər xəbərdarlıq etmədən Şahmərdan bəyi güllə yağışına tutublar. Ş.Cəfərov orada 5 güllə yarası alıb. 4 saat yaralı vəziyyətdə qaldıqdan sonra Naxçıvan DİN polisləri gəlib onu həbs ediblər. Daha sonra xəstəxanaya aparıblar. Xəstəxananın ətrafını polislər mühasirəyə alıb və heç kimi yanına buraxmayıb. Həkimlərin səyi nəticəsində bir həftə sonra Şahmərdan ayağa qalxdı.
İyunun 26-da onu yaralı vəziyyətdə Bakıya – Şüvəlan türməsinə apardılar. Ayın 29-a kimi türmədə ona ağır işgəncələr veriblər. Bu haqda bizə oradakı dustaqlar deyib. İyunun 29-u səhər tezdən onu xəstəxana adı ilə türmədən çıxarıb, yük maşınında axşama kimi şəhəri dolandırblar. Məqsədləri o olub ki, Şahmərdan ölsün. Axşam xəstəxanaya gətirilib, bir neçə saat sonra vəfat edib,daha doğrusu şəhid olub ...
Tanrı Ruhunu şad Etsin!
Baba Allahnezerov.
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.