Rusiyadan növbəti xəyanət: - Qarabağda beynəlxalq konfrans keçirilir

29-06-2018, 15:20           
Rusiyadan növbəti xəyanət: - Qarabağda beynəlxalq konfrans keçirilir
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində qondarma rejim tərəfindən fizika üzrə beynəlxalq konfrans keçirilir. FaktXəbər "News.am" saytına istinadən bildirir ki, bu barədə ictimaiyyətə qondarma rejimin təhsil idarəsi məlumat verib.

Məlumata görə, "Kvant və Mezoskopik fizikada yeni tendensiya" adlı konfrans 3 iyul tarixinədək davam edəcək. Konfransın keçirilməsi barədə təşəbbüs məşhur fizik, fizika elmləri namizədi, Southampton Universiteti və Sankt-Peterburq Dövlət Universitetinin professoru Aleksey Kavokin tərəfindən irəli sürülüb.

Konfransın təşkilatçıları Rusiya Kvant Mərkəzi (Moskva) və Erməni-Rus (Slavyan) Universitetləridir (İrəvan). 10-dan çox ölkədən 50-ə yaxın mütəxəssis konfransda iştirak etmək üçün ərizə verib.

Qeyd edək ki, Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Rusiyanın dövlət universitetinin professoru tərəfindən irəli sürülən bu təşəbbüs və konfrasın Rusiya tərəfindən təşkilatçılığı Moskvanın növbəti xəyanətidir. Belə ki, Rusiya Qarabağ problemində özünü neytral göstərsə də, vaxtaşırı sərgilədiyi siyasət Kremlin işğalçının yanında yer aldığını göstərir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru