DİN-dən polis əməkdaşının özünü güllələməsi xəbərinə REAKSİYA

1-07-2018, 00:17           

Daxili İşlər Nazirliyi bu gün ölkə mətbuatında Bakıda polis əməkdaşının tabel silahı ilə özünü güllələməsi barədə yayılan xəbərə münasibət bildirib.

Nazirliyinin mətbuat xidmətindən GoldNews.Az-ın sorğusuna verilən cavabda bildirilib ki, polis əməkdaşı Rüfət İsmayılovun tabel silahı ilə özünü güllələməsi barədə ölkə mətbuatında yayılan məlumatlar həqiqəti əks etdirmir. Burada hansısa intihar hadisəsindən söhbət gedə bilməz:

"Nəsimi RPİ-nin əməkdaşı, leytenant Rüfət İsmayılov tabel silahı ilə ehtiyatsız davrandığı üçün odlu silahdan atəş açılıb və nəticədə o xəsarət alıb. Hazırda xəstəxanada müalicəsi davam etdirilir, vəziyyəti normaldır, yəni bu, intihara cəhd faktı deyil".

Qeyd edək ki, Rüfətin keçmiş polis rəisi, təqaüddə olan Vaqif İsmayılovun oğlu olduğu deyilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru