Xocalı icra başçısı ermənilərlə sülhdən danışdı: “ermənilərlə bu torpaqda yaşamağa hazır olmalıyıq”

2-07-2018, 08:53           
Xocalı icra başçısı ermənilərlə sülhdən danışdı: “ermənilərlə bu torpaqda yaşamağa hazır olmalıyıq”
Xəbər verildiyi kimi Rusiya Federasiyası Dövlət Dumasının bir qrup deputatı, Rusiyanın tanınmış ictimai xadimləri və ekspertləri 2016-cı ilin Aprel döyüşləri zamanı Cəbrayıl rayonunun erməni işğalından azad edilmiş Cocuq Mərcanlı kəndində olublar. Onlar “Azərbaycan Rusiyanın Qafqazda yeganə müttəfiqidir” adlı konfransda iştirak ediblər. Konfransda Azərbaycan nümayəndələri də iştirak edib.
Konfrans iştirakçıları arasında Rusiya Dövlət Duması Komitəsinin sədr müavini Dmitri Savelyev, Dövlət Duması spikerinin köməkçisi Vladislav Kalxidov, Dövlət Dumasının “Vahid Rusiya” partiyasından olan deputatı Aleksey Yezubov, Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Dugin, Ekspertlər Klubunun üzvü Valeri Korovin, eləcə də jurnalist, politoloq, ictimai xadim Maksim Şevçenko və digərləri var. Azərbaycan tərəfdən Azərbaycan-Rusiya parlamentlərarası İşçi qrupunun rəhbəri, deputat Əli Hüseynli, Azərbaycandakı Rusiya icmasının rəhbəri, deputat Mixail Zabelin, millət vəkilləri Elman Məmmədov və Fazil Mustafa iştirak edib. Tədbir iştirakçıları Azərbaycan və Rusiya əməkdaşlığının inkişaf perspektivləri üzrə fikir mübadiləsi aparıblar.
Bu arada Xocalının İcra hakimiyyəti başçısı, Milli Məclisin deputatı Elman Məmmədov cəbhədə konfrans çıxışı ilə bağlı sosial şəbəkədə maraqlı məlumat yayılıb. Həmin məlumata istinadən cumhuriyyət az. deputatın fikirlərini diqqətinizə çatdırırı: «Tarixdə əbədi müharibə olmayıb. Əbədi düşmənlik də olmayıb. Baxmayaraq ki, tariximiz əzablı qanlı olub, Azərbaycan və Ermənistan xalqları barışmalıdır»
«Rusiyanın Qafqazda yeganə müttəfiqi Azərbaycandır» – qeyd edib Elman Məmmədov. O, Xocalı faciəsi haqqında və Azərbaycan əhalisi arasında itkidən də danışdıqdan sonra deyib: «Amma bunların hamısı keçmişdə qaldı. İrəliyə baxmaq lazımdır. Biz ermənilərlə bu torpaqda yaşamağa hazır olmalıyıq. Qarabağ münaqişəsinin həllində Rusiyanın mövqeyindən razıyam. Mən Rusiya ictimai xadimlərinin çıxışlarını dinlədim və hesab edirəm ki, Rusiya siyasi rəhbərliyinin mövqeyi bu məsələdə müsbətdir. Model kimi bizim müttəfiqlik münasibətlərinin həm Qarabağ məsələsində, həm də bütün Qafqazda sülh və çiçəklənmə üçün əsas ola bilər»












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.