Oliqarx medianı hədələyir - Məhkəmə

29-09-2015, 21:36           
Oliqarx medianı hədələyir - Məhkəmə
Bu gün da Nizami rayon Məhkəməsində ARDNŞ-in vitse-prezidenti Mikayıl İsmayılovun "Yeni Müsavat" qəzetinə qarşı iddiasına baxılıb. Qaynar.info xəbər verir ki, hakim Rəfael Əliyevin sədrliyi ilə keçən prosesdə hakim çəkilişə icazə verməyib.

Musavat.com-un xəbərinə görə, hazırlıq iclasında qəzeti hüquqşünas Vaqif Hüseyn təmsil edib. O, bildirib ki, iddianı qəbul etmir: "Bu, söz azadlığının pozulmasıdır".

Həmçinin, iddiaya səbəb olan yazılarda adı çəkilən və məhkəməyə verilən vətəndaş Cavanşir Musayev də iddianı qəbul etmədiyini bildirib.

M.İsmayılovun iddiasına iki yazı səbəb olub: "Ağsuda vətəndaşları icarə obyektlərindən zorla çıxarırlar", "Dövlət başçısına şikayət edən Ağsu sakini hədələnir". Yazıda adı çəkilən şikayətçi Cavanşir Musayev də məhkəməyə verilib.

Qeyd edək ki, M.İsmayılov "Yeni Müsavat"ı, onun xəbərini verən "xalqxeber.az"ı məhkəməyə verib. O, şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyən məlumatların təkzib edilməsini və ondan üzr istənilməsini tələb edir.

V.Hüseyn bildirib ki, iddia ərizəsi düzgün tərtib olunmayıb: "Ərizədə Mikayıl İsmayılov poçt ünvanı kimi öz ünvanını göstərməyib. Biz nə bilək ki, bu, ARDNŞ-in vitse-prezidenti olan Mikayıl İsmayılovdur?". Hakim isə onunla razılaşmayıb və iddianı geri qaytarmayıb. Cavabdehlərdən "xalqxeber" saytı məhkəməyə gəlmədiyi üçün proses sentyabrın 30-dək təxirə salınıb.

V.Hüseynin verdiyi son xəbərə görə, hakim "Yeni Müsavat"ın hüquqi qeydiyyatının Xətai rayonunda olduğunu əsas gətirərək işi baxılması üçün Xətai rayon Məhkəməsinə göndərib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.