Facebook 8 milyon 700 min görüntünü sildi

26-10-2018, 09:35           
Facebook 8 milyon 700 min görüntünü sildi
Şirkət eyni addımı “Instagram”da da atmaq niyyətindədir

"Facebook" şirkəti ictimaiyyətə yazılı müraciət edib. Müraciətdə bildirilir ki, son üç ay ərzində xüsusi hazırlanmış proqram vasitəsilə uşaqların görməsi uyğun bilinməyən 8 milyon 700 min görüntünü sistemdən silib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, proqram özü uşaqların görməsi məsləhət bilinməyən şəkilləri ləğv edib. Facebook eyni zamanda cinsi istismar məqsədi ilə istifadə olunan profilləri də müəyyən edərək silir.

Şirkət eyni proqramı “Instagram”da da tətbiq etməyi planlaşdırır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru