Bakıda binadan düşərək sağ qalan qız danışdı: - "Gecə ..."
26-10-2018, 12:26
Bakıda ötən gün 5-ci mərtəbədən düşərək sağ qalan qızla bağlı bəzi detallar məlum olub.
Open.az-ın məlumatına görə, araşdırmalar zamanı müəyyən edilib ki, Nəsimi rayon sakini, 1995-ci il təvəllüdlü Nəzakət Hüseynova intihar etməyib, o, ehtiyatsızlıqdan 5-ci mərtəbədən yıxılıb. Belə ki, Nəzakət Hüseynova ifadəsində bildirib ki, gecə pis yuxu görüb. Səhər açılan zaman yuxunun təsirində olub və təmiz hava almaq üçün pəncərini açıb. Hündürlükdən qorxduğu üçün birdən özünü pis hiss edərək yerə yıxılıb.
Qadın ifadəsində intihar etmək fikrinin olmadığını, ona qarşı kiminsə hədə-qorxu gəlmədiyini və amansız rəftarla üzləşmədiyini qeyd edib.
Faktla bağlı bağlı araşdırma aparılır.
Qeyd edək ki, məlum hadisə ötən gün səhər saatlarında baş verib.