Jurnalist rektorun köməkçisi təyin olundu

26-10-2018, 15:57           
Jurnalist rektorun köməkçisi təyin olundu
Bakı Avrasiya Universitetində kadr dəyişikliyi olub.



Modern.az-ın məlumatına görə, 2012-ci ildən sözügedən universitetin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri vəzifəsini tutan, tanınmış jurnalist Şəfayət Avılbəyli rektorun köməkçisi vəzifəsinə təyin edilib.



Qeyd edək ki, Şəfayət Avılbəyli uzun müddət müxtəlif media orqanlarında və informasiya agentliklərində redaktor, baş redaktor vəzifələrində çalışıb. 2003-cü ildən Araşdırmaçı Jurnalistlər Liqasının baş katibidir.



Bakı Avrasiya Universitetinin mətbuat xidmətinin rəhbəri vəzifəsinə isə İqrar Eyvazov təyin olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru