Bakıda bu dəfə yəhudi turist arzuolunmaz "macəra" yaşayıb

26-10-2018, 16:44           
Bakıda bu dəfə yəhudi turist arzuolunmaz "macəra" yaşayıb
Azərbaycanda İsrail vətəndaşına qarşı dələduzluq edilib.
İsrail vətəndaşı Azərbaycana turist səfərindən razı qalmayıb. Bu barədə Sputnik Azərbaycan-a Qaradağ Rayon Polis İdarəsindən məlumat verilib.

Əcnəbi turist özü bu barədə Qaradağ RPİ-nin 11-ci polis bölməsinə şikayət edib. 1953-cü il təvəllüdlü Kalef Daniel Süleyman asayiş keşikçilərinə bildirib ki, oktyabrın 24-ü saat 15:00 radələrində Qobustana gedərək palçıq vulkanlarına baxmağı planlaşdırıb.

Bu zaman naməlum bir kişi ona yardımını təklif edib. Bildirib ki, bələdçilik edəcək və Qobustan ərazisində yerləşən bütün palçıq vulkanlarını ona göstərəcək. Naməlum şəxs öz xidməti qarşılığında israillidən 100 manat istəyib. Turist də tələb olunan məbləği kişiyə ödəyib.

Onlar saat 15:00-da Qaradağ rayonu ərazisində görüşərək palçıq vulkanlarına baxmağa getmək barədə vədləşiblər. İsrailli göstərilən vaxtda sözügedən ünvanda olub, lakin onun "bələdçi"si vədələşdikləri yerə gəlib çıxmayıb. Turist başa düşüb ki, onu uşaq kimi aldadıblar və polisə şikayət edib.

Lakin hələlik faktla bağlı heç kəs saxlanılmayıb. İsrailli turistin ölkəmizlə bağlı nə düşündüyü barədə isə özünüz qənaətə gəlin.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.