Moskvanı bu şəxslər partlatmaq istəyib - FTX əməliyyat keçirdi

26-10-2018, 20:52           
Moskvanı bu şəxslər partlatmaq istəyib - FTX əməliyyat keçirdi
Həbs edilənlərin sayı və milliyyəti haqda açıqlanma verilmir

Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Moskvada əməliyyat keçiriblər. Onlar İŞİD terror təşkilatının terakt planının qarşısını alıblar.

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, bu haqda məlumatı FTX-nın İctimaiyyətlə əlaqə mərkəzi yayıb.

Əməliyyat zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları İŞİD üzvlərindən odlu silah, hücum planı haqda hesabatlar, pul əskinazları və bomba hazırlanmasının sxemini götürüblər.

Mənbə bildirir ki, onlara göstərişləri Suriya Ərəb Respublikasının emissarları və Mərkəzi Asiya regionundan olan terroristlər verib.

Həbs edilənlərin sayı və milliyyəti haqda açıqlanma verilmir.

Qeyd edək ki, bu ilin aprel ayında keçirilən xüsusi əməliyyatlar zamanı isə Yeni Urenqoy şəhərində 20 terrorçu yaxalanmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru