Azərbaycanda əhali yenidən siyahıya alınacaq

27-10-2018, 00:00           
Azərbaycanda əhali yenidən siyahıya alınacaq
Azərbaycanda əhali yenidən siyahıya alınacaq və bunun üçün dövlət büdcəsindən vəsait də ayrılıb.

Bunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində Dayanıqlı İnkişafa Dair Bakı Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, bu işlərə gələn ilin oktyabr ayında start veriləcək.

T.Budaqovun sözlərinə görə, bu ilin 1-10 oktyabr tarixlərində Qəbələ rayonunda sınaq siyahıyaalınma keçirilib: “Hazırda Qəbələ üzrə əldə edilən məlumatların hazırlanmış proqram təminatı vasitəsilə işlənməsi həyata keçirilir. Eyni zamanda, proqram təminatı da sınaqdan keçirilir”.

Qeyd edək ki, bu məqsədlə 2019-cu ilin dövlət büdcəsində 23,2 milyon manat vəsait nəzərdə tutulub.

Azərbaycanda əhalinin siyahıya alınması hər 10 ildən bir keçirilir. 2018-ci il sentyabr ayının 1-i vəziyyətinə Azərbaycanda əhalinin sayı 9 950 512 nəfərə çatıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru