İran-Səudiyyə savaşı başlayır - Qaşıqçı olayının pərdəarxası

27-10-2018, 08:26           
İran-Səudiyyə savaşı başlayır - Qaşıqçı olayının pərdəarxası
Səudiyyə vəliəhdi Məhəmməd bin Salman ABŞ-ın dəstəyi ilə İranla müharibəyə başlaya bilər.

Axar.az xəbər verir ki, bu iddia ilə türkiyəli ekspert Yasin Atlıoğlu çıxış edib. O bildirib ki, Qaşıqçı olayı Məhəmməd bin Salmanın islahatçı imicinə böyük zərbə vurub:

“Vəliəhd korlanan imicini bərpa etmək naminə Avropa ölkələri və ABŞ üçün xəzinə torbasını açacaq. Qaşıqçı olayından sonra sanki Suriya məsələsi qapanıb. Düşünürəm ki, noyabr ayından başlayaraq İrana sanksiyalar məsələsi Qaşıqçı gündəminin yerini tutacaq. Artıq vəliəhdin İran və Hizbullahla bağlı konstruktiv mövqeyi var. ABŞ-ın satdığı silahlar hesabına Səudiyyə ordusunun ən son texnologiyalarla təchiz olunub. İranla münaqişə üfüqdə görünə bilər. Təbii ki, ABŞ-ın dəstəyi ilə... Səudiyyə ordusu Yəməndə özünü sınaqdan keçirir. Bundan sonra İranla müharibədən söhbət gedə bilər”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru