Rusiyada azərbaycanlı biznesmen güllələndi –Hadisəyə görə iki həmyerlimiz axtarışa verilib

28-10-2018, 08:27           
Rusiyada azərbaycanlı biznesmen güllələndi –Hadisəyə görə iki həmyerlimiz axtarışa verilib
Rusiyanın Sankt-Peterburq şəhərinin Nevsk rayonunun polisi azərbaycanlı iş adamına qarşı hücumu araşdırır. Hücumda iş adamının həmyerliləri olan 2 qardaş şübhəli bilinir.

Bununla bağlı regionun daxili işlər orqanlarından məlumat verilib.

Hadisə oktyabrın 25-də Narodnoy küçəsində baş verib.

Zərərçəkmişin sözlərinə görə, ona iki gənc oğlan yaxınlaşıb. Cinayətkarlar travmatik silahdan iş adamına 4 dəfə atəş açıblar. Güllələr azərbaycanlı biznesmenin sinəsindən dəyib. Bundan sonra cinayətkarlar iş adamının avtomobilinə əyləşərək aradan çıxıblar.

Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırmalar aparılır.

Polis 27 və 29 yaşlarında olan iki azərbaycanlını axtarır. Məlumdur ki, onlar iki qardaşdır və Peterburqda qanunsuz yaşayırlar/ Virtualaz.org












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru