Ermənsitanda rusiyalı zabitin maşını yandırıldı

28-10-2018, 12:50           
Ermənsitanda rusiyalı zabitin maşını yandırıldı
Ermənsitanın Şirak vilayətinin prokurorluğunda oktyabrın 26-da Gümrüdə rusiyalı hərbçinin avtomobilinin yandırılması faktı üzrə materiallar hazırlanır.

Virtualaz.org xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”ı Şirak prokuroru Karen Qabrielyan məlumatlandırıb.

Mənbəyə əsasən, naməlum şəxslər Rusiyanın 102-ci hərbi bazasının hərbi hospitalının rəis müavini Məhəmməd Məhəmmədovun maşınını yandırıblar. Baş vermiş hadisə ilə bağlı polisə zərərçəkmişin özü xəbər verib.

“Nissan Teana” markalı avtomobilin yararsız vəziyyətə düşməsi üzündən hərbi həkimə 3 milyon dram həcmində zərər yetirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru