Həmin adamı tapanadək kral diri-diri yanıb öldü

29-10-2018, 07:24           
Həmin adamı tapanadək kral diri-diri yanıb öldü
Tarixdən gəlib keçən bütün hökmdarların çox qəribə, bəzən də gülməli ölüm hekayələri olub. İspan kralı III Filip də bu siyahıdadır.
III Filip səliqə-səhmanı çox sevirdi.

Tədricən ölkənin xarici siyasətini zəiflədən kral dəbdəbəli həyata üstünlük verirdi. Ölkəsini ərəb mənşəli ispanlardan və qaraçılardan təmizləmək üçün əhalinin böyük hissəsini sürgünə göndərir, edam etdirirdi. Məişət qaydalarında da yeniliklər edən III Filip yüksək zümrədən olan şəxslərlə bağlı bir sıra qanunlar qəbul etmişdi. Kralın qanunlarına əsasən zadəganlar özlərinə hətta şərab süzə bilməzdilər. Bu vəzifələri icra edən xüsusi nökərlər vardı.

Günlərin bir günü Filip sobanın yanındakı kətildə yuxuya dalır. Kətil sobanın istisindən alışıb-yanmağa başlayır. Saray əyyanları kralın kətilinə toxunmaq icazəsi olan yeganə qulluqçunu axtarıb-tapanadək otaq alovlanır, kral da yanaraq, dünyasını dəyişir. (Publika.az)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.