Filippində 6 nəfər qasırğanın qurbanı olub, onlarla insan yerin altında qalıb

31-10-2018, 07:42           
Filippində 6 nəfər qasırğanın qurbanı olub, onlarla insan yerin altında qalıb
Filippinin şimalında hərəkət edən "Yutu" qasırğası torpaq sürüşmələrinə səbəb olub.

Bu barədə "Report" "Associated Press" agentliyinə istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, təbii hadisə nəticəsində azı 6 nəfər ölüb, minlərlə insan evlərini tərk etməli olub.

Məlumata görə, hakimiyyət orqanları Natonin bələdiyyəsi ərazisində torpaq sürüşməsi zamanı ziyan çəkmiş binanın altında 20 nəfərin qalması barədə məlumatları yoxlayır.

Əraziyə aparan yollar bağlıdır, ona görə də hələlik insanların taleyi barədə dəqiq məlumat yoxdur.

Təbii hadisənin mərkəzində küləyin sürəti saatda 150 kilometrə çatır. Qasırğa ağacları, evlərin damını qoparır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.