Ukraynada hərbi qulluqçulardan 3 nəfərinin həyat yoldaşı casusluq ittihamı ilə saxlanılıb. Onlar Rusiya xeyrinə casusluqda ittiham edilirlər.
Cebhe.info yerli mətbuata istinadən bildirir ki, Təhlükəsizlik Xidməti qadınların Rusiya kəşfiyyatı tərəfindən ələ alındığını bildirib. Qadınlar kəşfiyyat orqanları ilə əməkdaşlığa razı olublar. Onlarla danışıqlar isə Donetsk və Luqanska - valideynlərinin yanına getdikləri zaman aparılıb.
Qadınlardan ordudakı durum, hərbi rütbəlilər barədə məlumat, hərbi hissələrin yeri, ərlərinin xidməti kimi məlumatları kəşfiyyata vermək tələb edlib. Əks təqdirdə onların ailə üzvlərinin həbs olunacaqları bildirilib.