MKİ-nin sabiq əməkdaşı həbsxanadan məxfi məlumatları yayırmış

2-11-2018, 07:12           
MKİ-nin sabiq əməkdaşı həbsxanadan məxfi məlumatları yayırmış
ABŞ-ın milli təhlükəsizliyinə aid olan məxfi məlumatları yaymaqda təqsirkar bilinən Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş əməkdaşı həbsxanada olarkən belə məxfi məlumatları ötürməyə davam edirmiş.

KİV-in yazdığına görə, bu ilin yayında MKİ-nin kompüter şəbəkəsindən məxfi məlumatları oğurlayaraq sonradan onları dərc etdirən WikiLeaksa ötürməkdə şübhəli bilinərək cəmi 13 maddə ilə ittiham olunmuş 30 yaşlı Coşua Adam Şultse adlı idarənin keçmiş əməkdaşı Nyu-Yorkdakı həbsxanada saxlanılır.

İstintaqın materiallarına əsasən, özünü günahkar bilməyən C.A.Şultse hətta barəsində həbs qəti-imkan tədbiri seçiləndən sonra da gizli şəkildə mobil telefonlar vasitəsilə milli təhlükəsizliklə bağlı məxfi məlumatları kənara ötürməyə davam edir, özünün məhkəmə istintaqına dair yayılması qadağan olunan məlumatları isə ailə üzvləri ilə bölüşürmüş.

Prokurorluqdan bildirilib ki, Şulsenin kamerasında aparılan axtarış zamanı mobil telefonlar və başqa elektron cihazlar aşkar edilərək götürülüb. Bundan sonra müttəhimin saxlanma şəraiti sərtləşdirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.